MLS-də “İnter Mayami” səfərdə “Atlanta”nı məğlub edib. Qarşılaşmanın əsas qəhrəmanı 39 yaşlı Lionel Messi olub. Argentinalı ulduz həm qolları, həm də rəqib müdafiəçiyə qarşı nümayiş etdirdiyi fintlə diqqət çəkib.
Qonaqlar 45-ci dəqiqədə Luis Suaresin ötürməsindən sonra Herman Berteramenin qolu ilə hesabı açıblar. İkinci hissədə isə Messi fərqlənib: 56-cı dəqiqədə hesabı 2:0-a çatdıran hücumçu dörd dəqiqə sonra Suaresin ötürməsindən yararlanaraq rəqib müdafiəçini aldadıb və yekun hesabı 3:0 edib.
Qoldan sonra Messi barmağı ilə müdafiəçini necə aldatdığını göstərən jest edib. Bu hərəkət sosial şəbəkələrdə diqqət çəkib. Karyerası ərzində saysız-hesabsız baxımlı driblinqləri ilə yadda qalan argentinalı ulduz rəqiblərinə bu cür reaksiyalar verməsi ilə tanınmır.
PFFF, GOLAZO DE LIONEL MESSI.
— Sudanalytics (@sudanalytics_) October 18, 2026
¡39 AÑOS Y SIGUE DESPARRAMANDO! 🤯🇦🇷 pic.twitter.com/COvdwlwste
JAJAJA, MIRÁ EL DOBLETE QUE METE.
— Sudanalytics (@sudanalytics_) October 18, 2026
TIENE 20 AÑOS OTRA VEZ. 🐐 pic.twitter.com/fRRKohvVDl https://t.co/QD5b5xlnkG
“TODAVÍA SEGUÍS DANDO VUELTAS”.
— Sudanalytics (@sudanalytics_) October 18, 2026
JAJAJA, EL GESTO DE MESSI A ALONSO. 😅🇦🇷 pic.twitter.com/FDVllTZERX https://t.co/ZoZCU4eNC3