İyulun 1-nə keçən gecə Meksika millisinin Ekvadoru 2:0 hesabı ilə məğlub edərək 1/16 finala yüksəlməsi Mexiko küçələrini bayram meydanına çevirib.
Əsasən “Müstəqillik mələyi” abidəsinin ətrafına toplaşan 1 milyondan çox azarkeşin coşqusu qısa müddətdə izdihama səbəb olub. Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, yaranan sıxlıq və havasızlıq (oksigen çatışmazlığı) nəticəsində iki nəfər – 19 yaşlı gənc qadın və 44 yaşlı kişi həyatını itirib. Yerli media isə rəsmən təsdiqlənməmiş üçüncü ölüm halının da olduğunu bildirir.