Mbappe zorlamada ittiham olunduğu hadisədən danışıb

11.09.25 | 08:53
Dünya futbolu

Ötən ilin oktyabrında İsraillə Millətlər Liqasının oyunu (4:1) ərəfəsində Kilian Mbappe Stokholmda dincəlirmiş. Onu əvvəlcə restoranda, sonra gecə klubunda görüblər. Çox keçməyib Fransa yığmasının kapitanı və dostlarını gecələdiyi Stokholmun mərkəzindəki otelin birində baş verən zorlama hadisəsi ilə bağlı yerli polisə şikayət daxil olub. Polis dərhal olayı araşdırmağa başlayıb. Mbappe bu məlumatın yalan olduğunu deyib. Ancaq zorlamaya məruz qalan qadın hadisənin günahkarı kimi məhz onun adını çəkib. Dekabrda İsveç prokurorluğu sübut çatışmazlığı üzündə işə xitam verib.

Bu günlərdə Mbappedən müsahibə alan yerli jurnalistlərdən biri “o vaxtdan bəri çox şey dəyişib, bəs sən dəyişmisən?” deyərək ona Stokholm olayını xatırladıb. “Real”ın forvardı bu sualı belə cavablandırıb:  

– Xeyr. Bu, məni heç narahat etmədi. Sadəcə hamının belə ciddi məsələyə steykə hücum çəkən kimi görmək məni çox üzürdü. Bilirsiniz, belə hadisə çox qadının başına gəlir. Təəssüf ki, çoxları başlıqlar və məqalələr xatirinə bundan yararlanmağa çalışırlar. Sonradan hamı başa düşdü ki, mənim bu hadisə ilə heç bir əlaqəm yoxdur, nə oldu? Suçsuz olduğum bəlli olan kimi, dərhal hamı o qadını unutdu. İndi onun harada olduğunu heç kim bilmir və heç kmi maraqlandırmır. Niyə? Həssas mövzudur və məni kədərləndirir. …Sadəcə  susmalı, baş verənləri qəbul etməli və məşqə getməli idim. Karlo Ançelotti bunun mənə qarşı  ədalətsizlik olduğunu söylədi və mən ondan soruşdum: “Buna məhəl qoymamaq və qol vurmaqdan başqa nə edə bilərəm?”.

Paylaş:

Xəbər Lenti

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39