Münxen “Bavariya”sının 24 yaşlı vingeri Maykl Olise karyerası ilə bağlı yekun qərarını verib.
“Real”ın transfer hədəfində olan ulduz futbolçu gələcək perspektivlərini Fransa yığmasındakı yoldaşları ilə müzakirə edib. “Kral Klubu”nun rənglərini qoruyan Kilian Mbappe, Aurelien Tçuameni və Eduardo Kamavinqa ilə məsləhətləşən Olise, onların israrlı tövsiyələrindən sonra Madrid təmsilçisinin təklifinə “hə” deyib.
Lakin transferin reallaşması yolunda ciddi əngəl var: “Bavariya” bossları fransız vingeri asanlıqla buraxmaq fikrində deyillər. İnsayderlər bildirir ki, Münxen təmsilçisi yalnız fantastik bir təklif qarşısında geri addım ata bilər – bunun üçün isə “Real”ın masaya düz 225 milyon avro qoyması tələb olunur.
Münxen təmsilçisinin heyətində möhtəşəm mövsüm keçirən Maykl Olise, parlaq performansı ilə diqqət mərkəzindədir. Bütün turnirlər daxil olmaqla 52 qarşılaşmada şans qazanan 24 yaşlı futbolçu, bu oyunlarda 22 qol və 31 assistlə yadda qalıb.