Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa dünya çempionatındakı məcburi su fasilələrinə (cooling break) etiraz edib.
Təcrübəli mütəxəssis AS nəşrinə açıqlamasında bu qaydanın oyunun ritmini pozduğunu bildirib:
“Qarşılaşmalar dörd hissəyə bölünür və bu, futbolun öyrəşdiyimiz normalarını dəyişir. Bu fasilələr oyuna heç nə qazandırmır, əksinə, çox şey alır”.
Xatırladaq ki, Şimali Amerikada keçirilən dünya çempionatında yüksək temperatur səbəbindən hər hissənin ortasında komandalara 3 dəqiqəlik su fasiləsi verilir.
Uruqvay yığması turnirin startında Səudiyyə Ərəbistanı ilə heç-heçə edib (1:1). Byelsanın komandası növbəti oyununu sabah, iyunun 22-də Kabo-Verde seçməsinə qarşı keçirəcək.