Marca: Portugaliya Futbol Federasiyası Ronaldo ilə barışıq üçün hərəkətə keçib

02.10.26 | 23:56
Dünya futbolu

Kriştiano Ronaldonun Portugaliya millisinin düşərgəsini vaxtından əvvəl tərk etməsi futbol ictimaiyyətinin diqqət mərkəzindədir. Portugaliya Futbol Federasiyası (PFF) ölkə tarixinin ən böyük futbolçularından biri ilə əməkdaşlığın bu cür xoşagəlməz şəkildə başa çatmasını istəmir və yaranmış gərginliyi aradan qaldırmaq üçün artıq fəal iş aparır.

İspaniyanın “Marca” nəşrinin məlumatına görə, federasiya rəhbərliyi fikir ayrılıqlarını yoluna qoymaq məqsədilə gələn həftə xüsusi görüş təşkil etməyi planlaşdırır. Danışıqlarda baş məşqçi də daxil olmaqla bütün tərəflərin iştirakı nəzərdə tutulub. Qurum vəziyyəti sabitləşdirmək və tərəflər arasında münasibət bərpa etmək niyyətindədir. PFF rəhbərliyi hesab edir ki, Ronaldonun yığmadakı karyerası qalmaqalla yekunlaşmamalı, əksinə, onun böyük uğurlarına yaraşan layıqlı vidalaşma mərasimi təşkil olunmalıdır.

Çərşənbə axşamı hücumçunun komandanı tərk etməsindən sonra federasiya rəsmi bəyanat yayaraq diqqəti yalnız idman nəticələrinə yönəltmişdi. Həmin vaxt yayımlanan açıqlamada “Bütün heyət tam olaraq komandanın qarşıdakı oyunlarına və qarşıya qoyulan məqsədlərə çatmağa köklənib” sözləri yer almışdı. Lakin görünür, hazırda federasiya üçün əsas prioritet Ronaldo ilə olan münasibətləri qaydaya salmaqdır.

Ulduz futbolçu özü də sosial şəbəkə hesabında məsələyə münasibət bildirib. O, qərarının səbəblərini daha sonra açıqlayacağını deməklə yanaşı, milliyə sadiqliyini bir daha vurğulayıb.

Vəziyyətin daha da kəskinləşməsinin qarşısını almaq üçün yığmanın üzüvləri açıqlamalarında maksimum ehtiyatlı davranır. Əsas məqsəd insidentlə bağlı heç kimin şərh verməməsini təmin etmək və gərginliyi zamanla səngitməkdir. Danimarka ilə oyundan sonra müdafiəçi Renato Veyqa jurnalistlərə müsahibəsində bu durumu belə ifadə edib: “Krişlə çox yaxınam və o, ona necə böyük hörmət bəslədiyimi yaxşı bilir. Lakin mənə onun haqqında danışmağa qadağa qoyublar“. Kriştiano Ronaldonun Portugaliyadakı fiquru idman çərçivələrini çoxdan aşıb. Cümə günü Lissabonun bir neçə küçəsində ulduz futbolçuya dəstək banerləri peydə olub. Banerlərdən biri “Estadio da Luz” stadionundan aeroporta gedən yolda asılıb. Plakatlarda Ronaldoya dəstək nümayiş etdirilir, baş məşqçi Jorje Jezuşun isə işinin öhdəsindən gələ bilmədiyi vurğulanır.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09