Almaniya millisinin əfsanəvi qapıçısı Manuel Noyer mundialdakı uğursuzluqdan sonra yığma karyerasını sonlandırdığını rəsmən açıqlayıb. Paraqvaya gözlənilməz məğlubiyyəti təcrübəli qolkiperin milli ilə vidalaşmasını sürətləndirib.
Noyer “Instagram” hesabında etdiyi paylaşımda turnirlə ağrılı bir şəkildə vidalaşdıqlarını qeyd edib: “Yenidən Almaniya forması geyinmək qərarını vermişdim, çünki bu formanı daşımaqdan qürur duyurdum. Yaşımı və dörd Dünya Çempionatındakı təcrübəmi nəzərə alaraq, gənc oyunçulara həm meydanda, həm də meydandan kənarda kömək etmək, ölkə futboluna fayda vermək istəyirdim. Məyusluğum böyük olsa da, içimdə sonsuz bir minnətdarlıq hissi var. İllər boyu və bu turnir zamanı göstərdiyiniz dəstəyə görə hamınıza təşəkkür edirəm”.
Yığmanın heyətində üst-üstə 140 matçda meydana çıxan Manuel Noyer 2014-cü ildə dünya çempionu titulunu qazanıb.