“Bavariya”nın təcrübəli qapıçısı Manuel Noyer Almaniya futbolu tarixinə ən çox titul qazanan oyunçu kimi adını yazdırıb. 40 yaşlı qolkiper bu tarixi uğura Almaniya Superkuboku uğrunda keçirilən son qarşılaşmada imza atıb.
Münxen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan matçda start heyətində meydana çıxan Noyer, karyerasının 36-cı kubokunu başı üzərinə qaldırıb. Bununla da o, keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq ölkə futbolunun mütləq rekordçusuna çevrilib.
2011-ci ilin iyulundan “Bavariya”nın şərəfini qoruyan Noyer, Münxen klubu ilə 13 dəfə Almaniya çempionu olub, 2 dəfə Çempionlar Liqası, 2 dəfə isə UEFA Superkubokunda zəfər çalıb. Təcrübəli əlcək sahibi 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu da qazanıb.
Xatırladaq ki, Noyer 2024-cü ildə yığmadakı karyerasını başa vurduğunu açıqlasa də, 2026-cı il Dünya Çempionatında iştirak etmək üçün milli komandaya geri dönmüşdü. Lakin həmin turnir Almaniya yığması üçün uğursuz alınmış, komanda 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırmışdı.