“Mançester Siti” Premyer Liqadan qovulsa belə ÇL-də oynaya bilər

08.10.26 | 23:11
Dünya futbolu

“Mançester Siti” Premyer Liqada maliyyə qaydalarını pozduğu üçün ağır sanksiyalarla, hətta aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzə qalsa da, gələn mövsüm Çempionlar Liqasında iştirak hüququnu saxlaya bilər.

“BBC Sport”un yaydığı məlumata görə, “şəhərlilər” üçün bunun əsas yolu cari mövsümdə Çempionlar Liqasının qalibi olmaqdır. UEFA-nın reqlamentində turnirin son çempionunun avtomatik olaraq yarışdan kənarlaşdırılmasını nəzərdə tutan hər hansı hüquqi mexanizm yoxdur. Bu səbəbdən Mançester təmsilçisi daxili çempionatda cəzalandırılsa belə, çempionluq titulu sayəsində qitənin 1 nömrəli klub turnirində iştirak hüququnu qoruyacaq.

Xatırladaq ki, “Siti” 2009–2018-ci illər arasında maliyyə qaydalarını pozmaqda və 1 milyard avrodan artıq vəsaiti gizlətməkdə ittiham olunur. İttihamları qətiyyətlə rədd edən klub rəhbərliyi məsələ ilə bağlı apellyasiya şikayəti verib. Mümkün sanksiyalar arasında xal silinməsi və aşağı diviziona göndərilmə kimi ağır cəzalar yer alır.

Lakin klubun avrokuboklarda mübarizə aparması üçün əsas şərt UEFA lisenziyasının alınmasıdır. Qitə futbol qurumu hazırda Premyer Liqanın araşdırmasının yekunlaşmasını gözləyir və yalnız bundan sonra öz intizam icraatına başlaya bilər. Lakin araşdırmanın mövsümün sonunadək başa çatacağına zəmanət verilmir.

“Mançester Siti” Çempionlar Liqasını qazana bilməsə belə, İngiltərə Kuboku və ya Liqa Kubokundakı zəfəri ilə avrokuboklara vəsiqə təmin edə bilər. Lakin bu ssenaridə UEFA-nın klubu turnirdən kənarlaşdırmaq imkanını nəzərdən keçirəcəyi bildirilir.

UEFA 2020-ci ildə də “Mançester Siti”ni maliyyə qaydalarını pozduğuna görə 2 illik avrokuboklardan kənarlaşdırmışdı. Lakin klubun apellyasiya müraciətindən sonra qərar ləğv edilmişdi. Həmin vaxt sanksiyanın ləğvinə iddiaların bir hissəsi üzrə UEFA-nın müraciət müddətinin başa çatması səbəb olmuşdu.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15