Mançester derbisində VAR qalmaqalı: Həlledici səhv hakimlərə baha başa gəldi

15.09.26 | 02:38
Dünya futbolu

Son “Mançester” derbisində qələbənin taleyini həll edən VAR qərarı ciddi tənqidlərə səbəb olmaqla yanaşı, hakimlərin də fəaliyyət planlarını alt-üst edib.

İngiltərənin Peşəkar Hakimlər Birliyi (PGMOL) matçdan sonra rəsmən etiraf edib ki, “Mançester Siti”nin “Mançester Yunayted” üzərində qələbəsini təmin edən Erlinq Halandın həlledici qolu əslində qeydə alınmamalı idi.

Bu kobud səhv VAR otağında əyləşən hakim dueti üçün ciddi nəticələrə yol açıb. Mett Donohyu və onun köməkçisi Bleyk Antrobus İngiltərə Premyer Liqasının bu həftəsonu keçiriləcək oyunlarından kənarlaşdırılıblar.

“The Guardian” nəşrinin məlumatına görə, Hakimlər Komitəsinin rəhbəri Hovard Uebb və onun komandası ötən turdakı matçları təhlil etdikdən sonra Donohyu və Antrobusun oyunlardan uzaqlaşdırılmasına qərar verib. Lakin bu həlledici səhvin daha uzunmüddətli fəsadları ola bilər.

“Daily Mail” xəbər verir ki, hər iki hakimin qeyri-müəyyən müddətə “Mançester Yunayted”in oyunlarını idarə etməkdən məhrum ediləcəyi gözlənilir.

Xatırladaq ki, derbi zamanı VAR otağında Halandın qolu iki dəqiqədən çox müzakirə edilmişdi. Epizod zamanı Halandın komanda yoldaşı Enzo Fernandesin oyundankənar vəziyyətdə (ofsaydda) olaraq oyuna təsir etməsinə baxmayaraq, qol qeydə alınmışdı. Buraxılan bu kobud səhvə görə Hakimlər Komitəsi sonradan “Mançester Yunayted” klubundan rəsmi şəkildə üzr istəyib.

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31