“Rakuv”un heyətində “Visla” (Plotsk) ilə qarşılaşmaya start heyətində başlayan hücumçu 56-cı dəqiqədə əvəzlənib. Onun meydanda olduğu müddətdə komandası 0:2 hesabı ilə geridə olub və yekunda “Rakuv” meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.
Xatırladaq ki, cəmi üç gün əvvəl “Rakuv”un heyətində Konfrans Liqasının təsnifat mərhələsində “Valletta”ya qarşı (3:1) keçirilən oyunda fərqlənməyi bacaran və uğurlu debüt edən Emreli, bu dəfə çempionatdakı ilk sınağında komandasına xal qazandıra bilməyib.