Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin bu yay karyerasını fərqli bir ölkədə davam etdirmək ehtimalı yaranıb. Hazırda Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən təcrübəli forvard Kiprin APOEL və Yunanıstanın “Levadiakos” klublarının transfer radarına düşüb. Əldə edilən son məlumatlara görə, bu iki iddialı tərəfdən Kipr təmsilçisi transferdə daha israrlı davranır və azərbaycanlı hücumçunu mütləq öz heyətində görmək istəyir. Lakin bu keçidin reallaşması klublararası rəsmi danışıqlardan asılı olacaq. Belə ki, Mahir Emrelinin “Kayzerslautern” ilə müqaviləsinin müddəti 2027/28 mövsümünün sonuna qədər davam edir və bu uzunmüddətli sözləşmə fonunda onun yeni kluba icarəyə veriləcəyi, yoxsa birdəfəlik transfer olunacağı qarşıdakı günlərdə dəqiqləşəcək.