Məşqçilər forumu işinə başlayıb

02.03.26 | 12:00
Ölkə futbolu

Bakı Kristal Zalında ölkəmizdə ilk dəfə təşkil olunan Məşqçilər Forumunun rəsmi açılış mərasimi baş tutub. Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müasir yanaşma və peşəkar məsuliyyət

Açılışda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov forumun yerli mütəxəssislər üçün strateji əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, məşqçilik fəaliyyəti yüksək məsuliyyət, səbir və böyük enerji tələb edən çətin bir peşədir: “Mütəxəssislərimiz iş prosesində müxtəlif psixoloji və insani amillərlə qarşılaşırlar. Müasir dövrün tələbləri dəyişir, buna görə də bəzi sahələrdəki geriləmələri aradan qaldırmaq üçün idmançı-məşqçi münasibətləri yeni dövrün standartlarına uyğun, daha sağlam təməllər üzərində qurulmalıdır“.

F. Qayıbov çətin və şərəfli fəaliyyətlərinə görə məşqçilərə təşəkkürünü bildirərək, forumun bu sahədəki aktual problemlərin həlli üçün effektiv platforma olacağını diqqətə çatdırıb.

Panel müzakirələri və aktual mövzular

Tədbir işini tanınmış mütəxəssislərin iştirak etdiyi panel iclaslarla davam etdirib. Müzakirələrdə Qurban Qurbanov, Faiq Həsənov, Namiq Abdullayev və Morteza Validarvi kimi peşəkarlar təcrübələrini bölüşüblər.

Forumun xüsusi maraq doğuran hissələrindən biri isə “Dopinq” mövzusuna həsr olunub. Bu paneldə Təhminə Tağı-zadə və Haydar Demirel çıxış edərək, idmanda təmizliyin qorunması və antidopinq siyasətinin müasir aspektləri barədə məlumat veriblər.

Paylaş:

Xəbər Lenti

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00