FİFA prezidenti Canni İnfantino dünya futbolunun əfsanəvi isimlərindən olan Luiş Fiqunun sərt tənqidinə məruz qalıb.
Hazırda UEFA və qurumun prezidenti Aleksander Çeferinlə yaxın münasibətləri olan portuqaliyalı sabiq ulduz, Böyük Britaniyanın məşhur “Daily Mail” nəşrindəki məqaləsində İnfantinonu kəskin şəkildə qınayaraq onun istefasını tələb edib.
Fiqo FİFA rəhbərinin son addımlarını kəskin sözlərlə ifadə edib: “Son 10 gün ərzində şahidi olduğum mənzərə indiyə qədər gördüyüm ən rəzil, ən saxtakar və ən eqoist davranışdır”.
Sabiq futbolçu qeyd edib ki, dünya futbolunun ali qurumunun rəhbəri üçün artıq geri dönüş yoxdur: “Artıq onun öz ləyaqətini xilas etməsi üçün çox gecdir, lakin futbolu xilas etmək hələ də mümkündür. O, dərhal istefa verməlidir!”