İspaniyanın «Sport» nəşrinə və Rumıniyanın «Digisport.ro» portalına istinadən verillən məlumata görə, «Barselona»nın 19 yaşlı ulduzu Lamin Yamal «Qızıl top»un (Ballon d’Or) təqdimetmə mərasimində iştirak etmək üçün xüsusi özəl təyyarə kirayələyib. Gənc hücumçu İngiltərənin paytaxtı Londona klubun nümayəndə heyətindən ayrı, ailəsi və yaxınlarının əhatəsində yollanacaq.
Xatırladaq ki, keçən il də qalib gələcəyinə böyük inam bəsləyən Yamal hətta Parisdə qələbə ziyafəti təşkil etmişdi. Lakin həmin vaxt «Qızıl top» mükafatı Usman Dembeleyə qismət olmuş, ispaniyalı ulduz isə 2-ci yeri tutmuşdu. Təsəlli olaraq ona ilin ən yaxşı gənc futbolçusuna təqdim edilən «Kopa Kuboku» (Kopa Trophy) verilmişdi.
Bu il isə Yamalın qalib gəlmək şansları daha yüksək qiymətləndirilir. O, Madrid «Real»ından Kilian Mbappe və Harri Keynlə yanaşı, mükafatın ən əsas 3 namizədindən biri hesab olunur. Təntənəli mükafatlandırma gecəsi bazar ertəsi, oktyabrın 26-da baş tutacaq.
Yamal Londonda «Barselona»nın yeganə təmsilçisi olmayacaq. Kataloniya klubunun digər futbolçuları -Rodri və Pau Kubarsi də «Qızıl top»a namizədlər siyahısındadır. Bundan əlavə, «Barselona»nın qadın komandası da mərasimdə geniş heyətlə təmsil olunacaq: Karolin Qrem Hansen, Patri Qixaror, Klaudiya Pina, Kata Koll, Esme Brüqts və Eva Payor əsas mükafata namizədlər arasındadırlar.