La Liqada miqrant qalmaqalı: Mbappe, Vinisius və Konate dəstək aksiyasını boykot etdilər

17.09.26 | 01:02

İspaniya La Liqasının V turunda keçirilən “Elçe” – “Real Madrid” (2:3) matçından əvvəl ölkə futbolunda böyük rezonans doğuran hadisə baş verib. “Marca” nəşrinin məlumatına görə, hər iki komandanın futbolçuları Seuta şəhərinə dəstək məqsədilə hazırlanan xüsusi köynəklərlə tüneldən çıxsalar da, “kral klubu”nun üç ulduzu – Vinisius Junior, Kilian Mbappe və İbrahima Konate bu aksiyaya qoşulmaqdan imtina ediblər.

Tüneldən yayılan görüntülərdə Vinisiusun Mbappeyə aksiya köynəyi ilə bağlı təlimat verdiyi diqqətdən yayınmayıb. Ön tərəfində “Biz hamımız skumbriyayıq” (balıqçılıqla məşğul olduqları üçün Seuta sakinlərinə verilən ləqəb), arxasında isə “Seuta” yazılan formaları futbolçular tam geyinməyiblər. Konate köynəyi sadəcə əlində tutub, Mbappe və Vinisius isə elə formada əyinlərinə keçiriblər ki, üzərindəki yazı çətinliklə görünüb.

“Elçe” oyunçuları ilə əl sıxma mərasimi zamanı isə bu üç futbolçu ağ aksiya köynəklərini tamamilə çıxararaq “Real”ın yaşıl rəngli səfər formasında qalıblar. Həm “Elçe”nin, həm də “Real”ın digər bütün futbolçuları isə aksiya formalarını əyinlərində saxlayıblar.

Sözügedən aksiya İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri olan Seutaya iyulun sonunda Mərakeşdən kütləvi miqrant axını və ardınca yaşanan xaosla bağlı həmrəylik xarakteri daşıyırdı. Valensiya Sahibkarlar Assosiasiyasının (AVE) təşəbbüsü olan bu kampaniyaya La Liqa tərəfindən icazə verilib. Maraqlıdır ki, bu aksiya çərçivəsində köynək geyinməkdən rəsmən imtina edən yeganə komanda “Barselona” olub.

“Real”ın rəsmi saytı matçdan öncə bütün futbolçuların aksiya köynəklərini geyindiyini bildirsə də, “El Mundo” nəşri klubun daxili mövqeyini açıqlayıb. Məlumata görə, rəhbərlik soyunub-geyinmə otağında fərqli siyasi baxışlar olduğu üçün futbolçulara təzyiq göstərməyib və onların fərdi qərarına hörmətlə yanaşıb. Qeyd edək ki, Seuta həm də “Real”ın fəxri prezidenti Xose Martines “Pirri”nin doğma şəhəridir.

Bu, Seutaya dəstəklə bağlı yaşanan ilk qalmaqal deyil. Bənzər hadisə bu yaxınlarda “Betis”in mərakeşli vingeri Ez Abdenin də başı gəlmişdi; o, Seuta rəmzləri olan formanı geyindiyi üçün Mərakeş ictimaiyyəti tərəfindən kəskin tənqid olunmuşdu. “Real Madrid” tərəfdarları isə daha öncə “İnter”lə matçda “Santyaqo Bernabeu” stadionunda Seuta bayraqlarından ibarət böyük mozaika hazırlamışdılar.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15