İyunun 28-dən iyulun 4-nə dək Lənkəranda şahmat üzrə “Lənkəran Open” açıq turniri təşkil olunacaq. İdman.com xəbər verir ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda Azərbaycanla yanaşı, daha 7 ölkənin şahmatçıları mübarizə aparacaqlar.
Turnirin ən güclülərin yer aldığı A qrupunda 48 şahmatçı xal qazanmağa çalışacaq ki, onların da 30-u ölkəmizi təmsil edir. Yarışın reytinq favoriti isə Macarıstan təmsilçisi Sanan Sjugirovdur.
Qeyd edək ki, “Lənkəran Open”in ümumi mükafat fondu 22 600 manat təşkil edir.