Gəncə təmsilçisi müdafiə xəttinin əsas simalarından olan Diogu Verdaşka ilə əməkdaşlığı davam etdirir. Klubun rəsmi saytının məlumatına görə, portuqaliyalı müdafiəçi ilə yeni, 2 illik müqavilə imzalanıb.
2024-cü ilin yayından “Kəpəz”in formasını geyinən 29 yaşlı oyunçu, geridə qalan müddətdə komandanın müdafiə xəttində göstərdiyi inamlı oyunu ilə məşqçilər heyətinin etimadını qazanıb.