Kriştiano Ronaldonun oğlu Portuqaliya millisində

03.11.26 | 22:44
Dünya futbolu

Məşhur futbolçu Kriştiano Ronaldonun oğlu kiçik karyerasında daha bir mühüm addım atıb. O, Portuqaliyanın U-17 millisinə dəvət alıb.

Portuqaliya Futbol Federasiyasının məlumatına görə, yeniyetmə futbolçu bu yaş qrupunda milli komandaya ilk dəfə çağırılır. Bununla belə, bu, onun ölkə yığmalarında ilk təcrübəsi deyil. Kiçik Ronaldo iki il əvvəl U-15 millisinə dəvət alıb, daha sonra U-16 komandasında da çıxış edib.

O, indiyədək Portuqaliyanın aşağı yaş qruplarından ibarət yığmalarında 13 oyun keçirib və 5 qol vurub. Gənc futbolçu atasının yolu ilə irəliləmək və gələcəkdə daha böyük uğurlara imza atmaq niyyətindədir.

Kiçik Kriştiano uşaqlıq illərindən futbolla məşğul olur. O, atasının çıxış etdiyi klubların – “Real”, “Yuventus”, “Mançester Yunayted” və hazırda formasını geyindiyi “Əl-Nəsr”in akademiyalarında futbolun sirlərinə yiyələnib. Yeniyetmə mütəmadi olaraq oyunlarda iştirak edir, qollailk gündən oğlunun futbolçu olmaq istəyini dəstəkləyib və həm meydanda, həm də meydandan kənarda onun məşqlərinə xüsusi diqqət yetirir. Ata və oğulun birgə məşqlərindən görüntülər sosial şəbəkələrdə də tez-tez paylaşılır.

41 yaşlı ulduz oğlunun futbol istedadını özündən aldığını dəfələrlə vurğulayıb. O, kiçik Ronaldonun peşəkar futbolçu olmaq potensialına malik olduğunu düşünür və bu səbəbdən onun tərbiyəsində intizamı ön planda tutur. Təcrübəli hücumçu oğlunun uğur qazanmaq üçün başqalarından daha çox çalışmalı, zəhmətin və əzmkarlığın əhəmiyyətini erkən yaşlarından dərk etməli olduğunu hesab edir.

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31