“Forbes” nəşrinin futbol ulduzlarının gəlirləri ilə bağlı dərc etdiyi son hesabatda 41 yaşlı Kriştiano Ronaldo növbəti dəfə siyahının ilk pilləsində qərarlaşıb. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusunun 2026/2027 mövsümündə təxminən 267 milyon avro qazanacağı gözlənilir. Bu göstərici ikinci sırada yer alan 39 yaşlı Lionel Messinin gəlirindən iki dəfədən də çoxdur.
Messinin illik qazancı 129,2 milyon avro, üçüncü pillədəki Kilian Mbappenin gəliri isə 89,1 milyon avro qiymətləndirilir. Bununla da Ronaldo və Messi son 13 ildə 12-ci dəfə “Forbes” siyahısının ilk iki pilləsini bölüşüblər.
“Forbes”in hesablamalarına əsasən, Ronaldo “Əl-Nəsr”lə müqaviləsinə görə təxminən 222,8 milyon avro qazanacaq. Sponsorluq müqavilələri və digər kommersiya layihələri isə ona əlavə 44,6 milyon avro gəlir gətirəcək. Messidə isə bölgü fərqlidir: argentinalı ulduz “İnter Mayami”dəki çıxışından 62,4 milyon avro, sponsorluq sazişləri və kommersiya fəaliyyətindən isə 66,8 milyon avro əldə edəcək.
Dünyanın en çox ödəniş alan 10 futbolçusunun ümumi gəlirinin təxminən 839 milyon avro olacağı gözlənilir ki, bu da ötən illə müqayisədə bir qədər azdır.
Bu məbləğin yarıya yaxını məhz Ronaldo və Messinin payına düşür.
İlk onluqda Madrid “Real”ının üç futbolçusu – Mbappe, Vinisius Junior və Cud Bellingem yer alıb. “Barselona”nın 19 yaşlı istedadı Lamin Yamal isə 49 milyon avroluq illik gəlirlə artıq 6-cı pilləyə yüksəlib.
“Forbes”in təhlili 2026/2027 mövsümü üçün oyunçuların bazis maaşlarını, bonuslarını və bəzi hallarda marketinq rüsumlarını nəzərə alan gəlir proqnozlarına əsaslanır.
Yeganə istisna Messidir – MLS-in fərqli oyun təqvimi səbəbindən onun meydandakı gəlirləri 2026-cı təqvim ili üçün hesablanıb.
Hesablamalara, həmçinin sponsorluq müqavilələri, lisenziyalar, kütləvi çıxışlar, suvenir satışı və futbolçuların əhəmiyyətli paya sahib olduğu kommersiya müəssisələrindən gələn qazanclar daxildir.
“Forbes”ə görə dünyanın ən çox qazanan 10 futbolçusu (2026-cı il, oktyabr)
| 1 | Kriştianu Ronaldo | Əl-Nəsr | 267,06 mil. € | 300 mil. $ |
| 2 | Lionel Messi | İnter Mayami | 129,08 mil. € | 145 mil. $ |
| 3 | Kilian Mbappe | Real | 89,02 mil. € | 100 mil. $ |
| 4 | Erlinq Haaland | Mançester Siti | 75,67 mil. € | 85 mil. $ |
| 5 | Vinisius Junior | Real | 67,66 mil. € | 76 mil. $ |
| 6 | Lamin Yamal | Barselona | 48,96 mil. € | 55 mil. $ |
| 7 | Sadio Mane | Əl-Nəsr | 48,07 mil. € | 54 mil. $ |
| 8 | Cud Bellingem | Real | 40,06 mil. € | 45 mil. $ |
| 9 | Harri Keyn | Bavariya | 37,39 mil. € | 42 mil. $ |
| 10 | Məhəmməd Salah | Trabzonspor | 35,61 mil. € | 40 mil. $ |