Portuqaliya mətbuatının məlumatına görə, Kriştianu Ronaldo və Corcina Rodriges avqust ayının ilk həftəsində rəsmən nikah masasına əyləşəcəklər. Təmtəraqlı toy mərasimi Portuqaliyanın Sintra şəhərindəki məşhur “Quinta da Regaleira” sarayında baş tutacaq.
DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşan “Əl-Nəsr”in ulduzu artıq bütün diqqətini toy hazırlıqlarına yönəldib. 2016-cı ildən bəri birgə olan və ötən ilin avqustunda nişanlanan cütlüyün 5 övladı var.
“Quinto Partido” nəşrinin iddiasına görə, Ronaldo öz toyuna hazırda çıxış edən futbolçulardan yalnız üç nəfəri – Kilian Mbappe, Vinisius Junior və Rodriqonu dəvət edib.
Mərasimdə idman və şou-biznes dünyasının bir sıra tanınmış simalarının da iştirakı gözlənilir. Dəvətlilər arasında keçmiş İngiltərə millisinin futbolçusu Rio Ferdinand, UFC-nin sabiq çempionu Həbib Nurməhmmədov, dünya şöhrətli müğənnilər Cenifer Lopes və Rianna, reperlər Dreyk və Trevis Skott, Hollivud aktyoru Vin Dizel, britaniyalı jurnalist və teleaparıcı Pirs Morqan, eləcə də milyonlarla izləyicisi olan məşhur strimer “IShowSpeed” yer alacaq.