Kreyq Harrison: “Mayk Tayson dediyi kimi, ağzından zərbə alana qədər hər kəsin bir planı olur…”

14.07.26 | 00:35
Ölkə futbolu

Uelsin “Nyu Seynts” klubunun baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Sabah”a qarşı keçiriləcək matçdan öncə fikirlərini bölüşüb.

Bakıdakı ilk görüşdə 0:2 hesabı ilə uduzan uelsli mütəxəssis, rəqibin gücünü etiraf etməklə yanaşı, doğma meydanda revanş almaq əzmində olduqlarını bildirib. Harrison Bakıdakı qarşılaşmanı və rəqibin səviyyəsini belə dəyərləndirib: “Əlbəttə, heç kim uduzmaq istəmir. Amma uşaqlar meydanda bütün quvvələrini ortaya qoydular. Standart vəziyyətdən və matçın sonlarına doğru qol buraxmağımız üzücüdür. “Sabah” güclü komandadır. Daxili çempionatda keçən mövsüm Avropada arenasında əla çıxış edən “Qarabağ”ı 9 xal qabaqlayan komanda zəif ola bilməz. Onların yaxşı heyəti, səviyyəli futbolçuları və təcrübəli baş məşqçisi var.

Məğlubiyyətə baxmayaraq, meydandakı intizamımız və təşkilatlanmağımız məni sevindirdi. Bəli, istədiyimiz qədər hücum edə bilmədik. Mayk Taysonun dediyi kimi: “Hər kəsin bir planı olur – rinqə çıxıb burnundan ilk zərbəni alana qədə. Biz də meydançaya çıxdıqda rəqibin nə dərəcədə güclü olduğunu gördük”.

Təcrübəli mütəxəssis Özuestridə keçiriləcək cavab qarşılaşmasında daha təcazükar futbol oynayacaqlarını vurğulayıb: “Düşünmürəm ki, “Sabah” evdəki kimi topa çox sahib olsun. Əlbəttə, onlar öz oyun üslublarına sadiq qalmağa çalışacaqlar. Lakin biz öz azarkeşlərimiz önündə onlara bu qədər rahatlıq verməyəcəyik. Daha çox hücum edib təhlükəli vəziyyətlər yaratmağa çalışacağıq. Topa sahib olmaq gözəldir, amma reallıq odur ki, onların qapıya cəmi 5 dəqiq zərbəsi var idi, bizim isə 2. Bu göstərici topa sahib olmaqdan və ya kornerlərin sayından daha vacibdir.

Artıq matçın ərəfəsindəyik və hazırlıqlarımızı tamamlamışıq. Futbolçularım meydanda nə etməli olduqlarını yaxşı bilirlər. Sabah meydana çıxıb qollar vurmağa çalışacağıq”. “Nyu Seynts” – “Sabah” qarşılaşması sabah “Park Holl” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24