Konfrans Liqası: “Zirə”nin ilk rəqibi bu gün bəlli olacaq

16.06.26 | 11:58
Ölkə futbolu

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq. Ölkəmizi turnirdə təmsil edən “Zirə”nin ilk rəqibinin adı bəlli olacaq.

Püşkatma öncəsi reytinqinə görə səpələnmişlər səbətində yer alan “qartallar”ın potensial rəqiblərinin tam siyahısı artıq bəllidir. Nisbətən zəif komandaların yer aldığı səbətdən təmsilçimizə rəqib ola biləcək klublar sırasına “Torpedo” (Kutaisi, Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Virtus” (San-Marino), “Liepaya” (Latviya), “İlves”, “İnter Turku” (hər ikisi Finlandiya), “Konnas Kuey”, “Penibont”, “Karnarfon Taun” (hamısı Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Gibraltar), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Dinamo Siti”, “Elbasani” (hər ikisi Albaniya), “UNA Ştrassen”, “Mondorf-le-Ben” (hər ikisi Lüksemburq), “Heqelmann” (Litva), “NSI Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar”, “Petrovats” (hər ikisi Monteneqro), “Glentoran” (Şimali İrlandiya), “Marsaşlokk” (Malta) və “Nımme Kalyu” (Estoniya) daxildir.

İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 9-da, cavab qarşılaşmaları isə iyulun 16-da keçiriləcək.

Ölkəmizin turnirdəki digər təmsilçisi “Neftçi” isə mübarizəyə birbaşa 2-ci təsnifat mərhələsindən qoşulacaq. “Ağ-qaralar”ın rəqibi sabah təşkil olunacaq növbəti püşkatma mərasimində müəyyənləşəcək.

Paylaş:

Xəbər Lenti

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39

Mundialın qəhrəmanı anasına qovuşur

18.06.26 | 07:50

Messinin göz yaşlarının səbəbi idman deyil, ailə dramıdır

17.06.26 | 23:01

DÇ-də şok ittiham: Vahini polis tərəfindən saxlanılıb

17.06.26 | 22:58

Mbappe və Kamavinqanın məsləhəti işə yaradı: Olise “Real”a “hə” dedi

17.06.26 | 22:28

Ronaldo üçün tarixi oyunda Portuqaliya xal itirdi

17.06.26 | 21:48

“Qarabağ”dan 4-cü transfer: Bruno Lanqa rəsmən Ağdam klubunda

17.06.26 | 21:21

Sadıqov: “Sonda mərhələ keçən tərəf olmaq istəyirik”

17.06.26 | 18:37

Ağdamlılar Medina ilə vidalaşdı

17.06.26 | 16:20

Konfrans Liqasında püşk atıldı: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu

17.06.26 | 16:18

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48

Avropa Liqasında püşk atıldı: “Qarabağ”ın II mərhələdəki potensial rəqibləri bəllidir

17.06.26 | 16:57

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla müqaviləni yenilədi

17.06.26 | 14:26

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15