Kolumbiya növbəti mərhələdə: Qana “avtobus”u mane ola bilmədi

04.07.26 | 07:55
Dünya futbolu

Kolumbiya millisi matça aşkar favorit statusunda çıxmışdı. Cənubi amerikalılar ilk dəqiqələrdən bu dünya çempionatında növbəti bir sensasiyaya icazə vermək niyyətində olmadıqlarını nümayiş etdirdilər.

Görüşün startından etibarən topa nəzarəti tamamilə ələ keçirən Kolumbiya, rəqibə demək olar ki, heç bir şans vermədi. Düzdür, matçın debütü kolumbiyalılar üçün xoşagəlməz hadisə ilə yadda qaldı. Artıq 7-ci dəqiqədə hücumçu Con Kordoba budun arxa əzələsini tutaraq yerə yıxıldı. Baş məşqçi Nestor Lorenso məcburi əvəzetməyə əl atmalı oldu.

Lakin bu erkən itki komandanın oyun ritminə təsir etmədi və sürətli qol özünü çox gözlətmədi. 14-cü dəqiqədə Luis Xavyer Suares rəqibin sıx müdafiə baryerini (“avtobus”unu) yarmağı bacardı – onun uzaq dirəyə ötürdüyü topu Con Arias bir toxunuşla hesabı açdı.

Qanalılar yalnız ilk hissənin sonlarına yaxın oyunu cərimə meydançalarından uzaqlaşdıra bildilər. Buna baxmayaraq, afrikalılar real qol epizodu yarada bilmədilər. Üstəlik, Qana millisi bütün oyun ərzində rəqib qapısına bircə dənə də olsun çərçivəyə doğru zərbə vura bilmədi.

Fasilədən sonra da üstünlüyünü qoruyan Kolumbiya ikinci qola çox yaxın idi. Hətta topu şəbəkədən də keçirdilər, lakin baş hakim ofsayd səbəbindən qolu qeydə almadı. Yekunda minimal, lakin tamamilə inamlı qələbə qazanan cənubi amerikalılar pley-offun növbəti mərhələsinə yüksəldilər. Onların növbəti rəqibi isə İsveçrə olacaq.

 Kolumbiya – Qana 1:0

Qol: Arias, 14 (1:0)

Baş hakim: Kleman Türpen (Fransa).

Kolumbiya: Varqas, Lukumi, Sançes, Moxika, Munyos, Lerma, Arias (Kintero, 73), Puerta, Dias (Kampas, 90), Xames Rodriqes (Rios, 46), Kordoba (Suares, 8).

Qana: Ati-Zidji, Opoku, Lükkassen, Mensa, Senayya (Seydu, 13), Partey, Yirenki (Nuama, 79), Sibo (Ovusu, 62), Semenyo, İnyaki Uilyams (Fatavu, 62), Ayu (Adu, 79).

Sarı vərəqələr: Arias (12), Rios (78) – Yirenki (49), Fatavu (66), Seydu (76).

Stadion: “Arrowhead Stadium” (Kanzas Siti, ABŞ)

Paylaş:

Xəbər Lenti

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43