Klublarımızın “köhnə tanışı” Masazırda: Villi Delajod Bakıya bu dəfə hansı sürprizlərlə gəlir?

08.08.26 | 02:25
Dünya futbolu

Fransalı referi Villi Delajodun Azərbaycan futbolu ilə yolu artıq bir neçə dəfə kəsişib. Onun idarə etdiyi oyunlar barədə bir mənalı fikir söyələmək çətindir: bu matçlar hakimlik baxımından yadda qalan olub.

UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Orxus” (Danimarka) görüşü ədalət təmsilçisinin Bakıdakı növbəti imtahanı olacaq. Təyinatın əhəmiyyətini anlamaq üçün isə fransalı hakimin klublarımızla əvvəlki görüşlərindəki mənzərəyə nəzər salmaq kifayətdir.

Qırmızı vərəqə və son saniyə qolu: “Neftçi”nin dramı

Delajodun klublarımızla ilk təması 2021-ci ilə təsadüf edir. O, UEFA Konfrans Liqasının pley-off mərhələsində “Neftçi” – “Makkabi” (Hayfa) matçını idarə edib.

Bakıdakı görüş 3:3 hesabı ilə başa çatıb və qarşılaşma fransalı hakim üçün kifayət qədər hadisəli keçib. Oyun ərzində ümumilikdə 8 sarı vərəqə göstərən referi (5-i “Neftçi”, 3-ü “Makkabi” futbolçularına), 77-ci dəqiqədə “ağ-qaralar”ın oyunçusu İsmayıl Zülfüqarlını ikinci sarı vərəqə ilə meydandan qovub. “Neftçi”nin azlıqda qalmasından cəmi bir dəqiqə sonra İsrail klubu hesabı 3:2-yə çatdırıb, 90+6-cı dəqiqədə vurulan qol isə dramatik bərabərliyi təmin edib.

VAR otağında verilən qərar: “Frayburq” səfəri

Fransalı hakim 2022-ci ildə yenidən komandamızın iştirak etdiyi matça təyinat alıb. Bu dəfə o, UEFA Avropa Liqasının qrup mərhələsindəki “Frayburq” – “Qarabağ” qarşılaşmasında VAR hakimi funksiyasını yerinə yetirib.

Almaniyada keçirilən və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitən görüşün əvvəlində “Frayburq”un lehinə penalti qərar    ı verilib. Həmin həlledici epizodda baş hakimin qərarının təsdiqlənməsində Delajod birbaşa iştirak edib.

Londondakı qırmızı və qaçırılan penalti     

Referinin Azərbaycan futbolu ilə ən yaddaqalan qarşılaşması isə 2024-cü ilin sentyabrında, Avropa Liqasının əsas mərhələsindəki “Tottenhem” – “Qarabağ” (3:0) görüşünə təsadüf edib.

Londonun “Tottenhem Hotspur” stadionunda keçirilən matçda hakim qərarları əsas müzakirə mövzularından birinə çevrilib. Hələ ilk dəqiqələrdə sonuncu müdafiəçi kimi “Qarabağ”ın hücumçusu Juninyoya qarşı qayda pozuntusuna yol verən Radu Draquşin Delajod tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. İkinci hissədə isə İv Bissumanın cərimə meydançasında Elvin Cəfərquliyevə qarşı kobudluğuna görə hər iki futbolçuya sarı vərəqə göstərən hakim, eyni zamanda “Qarabağ”ın lehinə penalti təyin etdi. Lakin Toral Bayramov 11 metrlik cərimə zərbəsindən yararlana bilmədi. Nəticədə Ağdam təmsilçisi say üstünlüyünə və penalti fürsətinə baxmayaraq, Londondan məğlubiyyətlə ayrıldı.

Növbəti dayanacaq: Masazır

O, bu dəfə Bakıya tamam başqa missiya ilə qayıdır. Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlmək üçün mübarizə aparan “Sabah”ın evdəki cavab görüşündə hər bir qərarın və hər bir saniyənin xüsusi əhəmiyyət daşıyacağı şübhəsizdir. Əvvəlki matçların statistikası mütləq şəkildə yeni vərəqə və ya penaltilərin olacağı anlamına gəlməsə də, bu amil “Sabah” – “Orxus” qarşılaşmasına olan marağı bir qədər də artırır. Matç günü Masazırda təkcə komandaların yox, həm də artıq bizə yaxşı tanış olan fransalı referinin performansı diqqət mərkəzində olacaq.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19