Keyn Ronaldonun rekorduna göz dikdi

08.10.26 | 03:31
Dünya futbolu

İngiltərə millisininkapitanı Harri Keyn yığma komandalar tarixinin ən məhsuldar futbolçusu Kriştiano Ronaldonun rekordunu yeniləmək ehtimalından söz açıb. 33 yaşlı hücumçu Çexiyaya qarşı matçda dubl edərək həm komandasına qələbə qazandırıb, həm də karyerasında növbəti tarixi mərhələyə qədəm qoyub.

Çexiya ilə görüş Keyn üçün İngiltərə yığmasının heyətində 125-ci matç olub. Bu göstərici ilə o, əfsanəvi qapıçı Piter Şiltonun millidə ən çox oyun keçirmək rekordunu təkrarlayıb. Eyni zamanda, qarşılaşmada vurduğu iki qolla təcrübəli forvard yığma formasında qollarının sayını 91-ə çatdırıb.

Hazırda 146 qolla yığmalar üzrə bütün zamanların bombardiri olan Ronaldonun göstəricisinə çatmağın çətin olduğunu etiraf edən Keyn yenə də mübarizəni dayandırmaq niyyətində deyil: “Görək nə qədər irəliləyə biləcəyik. Hazırda aramızda 50-dən çox qol fərqi var və bu, kifayət qədər böyük məsafədir. Lakin futbolun nə gətirəcəyini kim bilər? Özümü əla hiss edirəm. Karyeramı bitirməklə bağlı konkret tarix təyin etməmişəm. Neçə ki komandama faydalı ola bilirəm, meydanda olacağam”.

Qeyd edək ki, Keyn 2015-ci ildə İngiltərə yığmasında debüt edib və meydana çıxandan cəmi 79 saniyə sonra ilk qoluna imza atıb. O, 91 qolla İngiltərə futbol tarixinin ən məhsuldar oyunçusu adını daşıyır. Yığmanın baş məşqçisi Tomas Tuxel də kapitanın göstərdiyi nəticəni yüksək qiymətləndirib: “Bu, sadəcə inanılmazdır. O, ünvanına deyilən bütün təriflərə tam layiqdir”.

Karyerasına “Tottenhem”də başlayan və hazırda “Bavariya”da çıxış edən hücumçu Almaniya klubunda da parlaq nəticələr göstərməkdədir. O, Bundesliqada 100 qol həddinə ən sürətli (cəmi 98 matçda) çatan futbolçu kimi tarixə düşüb.

Təcrübəli kapitan gələcəyə böyük nikbinliklə baxdığını vurğulayıb: “Dayanmaq fikrim yoxdur. Öz üzərimdə işləməyə davam edəcəyəm və bunun bizi hara aparacağını zaman göstərəcək. Bəlkə də 10 ildən sonra hansı zirvəyə çatdığımızı bir daha dəyərləndirəcəyik”.

Paylaş:

Xəbər Lenti

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43

AFFA rəsmisi hakim qərarları ilə razılaşmadı: Qırmızı vərəqə və penalti verilməli idi

25.11.26 | 11:20

Çempionlar Liqasında gecənin icmalı: “Real”dan möhtəşəm geridönüş, “Arsenal” – “Borussiya” duelində heç-heçə

25.11.26 | 02:43