“Sabah” heyətini yeni transferlə gücləndirməyə hazırlaşır. Bakı təmsilçisi Cənubi Afrikanın “Kayzer Çifs” klubunun müdafiəçisi Ayden Makkartini heyətinə qatmaq niyyətindədir.
“iDiski Times” portalının yaydığı məlumata əsasən, tərəflər artıq razılığa gəliblər. 22 yaşlı mərkəz müdafiəçisinin yaxın günlərdə tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün Bakıya gələcəyi gözlənilir. Razılaşmanın detallarına əsasən, tərəflər arasında 3 illik müqavilə bağlanacaq və əməkdaşlığın daha bir il uzadılması imkanı nəzərdə tutulur.
Makkarti ötən mövsüm “Kayzer Çifs”in heyətində ümumilikdə 31 rəsmi matçda meydana çıxıb və 2 qola imza atıb.