I Liqada III turun oyunlarına start verilib. Turun açılış matçında “Karvan-Yevlax” öz meydanında “Zaqatala”nı qəbul edib. Yevlax şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb.
Görüşün taleyi elə ilk hissədə həll olunub. Oyunun 6-cı dəqiqəsində qonaqların futbolçusu E. Məmmədov qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Meydanda bir nəfər çox olan “Karvan-Yevlax” 9-cu dəqiqədə İ. Əliyevin qolu ilə hesabı açıb. 22-ci dəqiqədə dublunu rəsmiləşdirən İ. Əliyev fərqi iki topa çatdırıb. İlk yarının uzatma dəqiqələrində (45+3) isə E. Mustafayev matçda son nöqtəni qoyub.
Turnir cədvəli:
| № | Klublar | O | Q | H | M | VQ | BQ | X |
| 1 | Karvan-Yevlax | 3 | 2 | 0 | 1 | 6 | 2 | 6 |
| 2 | Şahdağ Qusar | 2 | 2 | 0 | 0 | 3 | 0 | 6 |
| 3 | Gəncəbasar | 2 | 2 | 0 | 0 | 4 | 2 | 6 |
| 4 | Səbail | 2 | 1 | 1 | 0 | 3 | 2 | 4 |
| 5 | Zaqatala | 3 | 1 | 1 | 1 | 5 | 5 | 4 |
| 6 | Mingəçevir | 2 | 0 | 1 | 1 | 3 | 4 | 1 |
| 7 | Şimal | 2 | 0 | 1 | 1 | 2 | 3 | 1 |
| 8 | Xankəndi | 2 | 0 | 1 | 1 | 2 | 3 | 1 |
| 9 | MOİK | 2 | 0 | 1 | 1 | 1 | 2 | 1 |
| 10 | Baku Sportinq | 2 | 0 | 0 | 2 | 0 | 6 | 0 |