Karlo Ançelottinin kölgəsindən zirvəyə: Fransa futbolunu təəccübləndirən gənc məşqçi

15.09.26 | 01:06
Dünya futbolu

Davide Ançelottinin “Lill”in baş məşqçisi postuna təyinatı klub rəhbərliyinin ən uğurlu qərarlarından birinə çevrilmək üzrədir. Avropada ilk müstəqil məşqçilik təcrübəsini yaşayan 37 yaşlı italyan mütəxəssis Liqa 1-in ilk dörd turundan sonra komandasını turnir cədvəlinin zirvəsinə daşıyıb.

“Lill” son turda “Trua”nı 2:0 hesabı ilə məğlub edərək mövsümdə 10-cu xalını qazanıb və liderliyi rəsmiləşdirib. Tiago Santos və Ethan Mbappenin qolları komandanın inamlı qələbəsini təmin edib.

Göstərdiyi oyun və nəticələr azarkeşlərin rəğbətini qazanan Davide isə liderliklə bağlı suallara təmkinlə yanaşır. Onun fikrincə, “Lill”in hələ inkişaf etdirməli olduğu çox məqam var.

Ançelotti uzun illər atası Karlo ilə birlikdə çalışdıqdan sonra bu yay öz yolunu seçib. O, Karlo Ançelottinin “Bavariya”, “Napoli”, “Everton”, “Real” və Braziliya millisindəki məşqçilər korpusunda köməkçisi olub. Xüsusilə Madrid klubunda keçirdiyi dövrdə iki Çempionlar Liqası titulunun qazanılmasında məşqçilər heyətinin üzvü kimi iştirak edib.

Davidenin müstəqil baş məşqçi kimi ilk təcrübəsi isə Braziliyanın “Botafoqo” klubunda olub. Ardınca o, 2026-cı il dünya çempionatında atasının rəhbərlik etdiyi Braziliya millisinin məşqçilər korpusunda fəaliyyətini davam etdirib. Mundialdan sonra isə “Lill”dən gələn təklif onun karyerasında yeni mərhələnin başlanğıcı olub.

“Lill”in prezidenti Olivye Letanqın seçimində isə Davidenin Karlo ilə əməkdaşlığı və onun iş prinsipini yaxından tanıması mühüm rol oynayıb. Klub rəhbərliyi gənc mütəxəssisə uzunmüddətli layihənin əsas simalarından biri kimi güvənib.

Davide Ançelotti “Lill”ə yalnız öz təcrübəsi ilə gəlməyib. Onun məşqçilər korpusunda əvvəllər “Botafoqo”da birlikdə çalışdığı mütəxəssislərlə yanaşı, “Real”ın aşağı yaş qruplarında Raulun köməkçisi olmuş Dieqo Noqales də yer alır. Noqales komandada standart vəziyyətlərə cavabdehdir.

Mövsümün startı “Lill” üçün kifayət qədər uğurlu alınıb. Komanda ilk dörd turda üç qələbə qazanıb, yalnız PSJ ilə görüşdə son dəqiqələrdə üstünlüyünü əldən verərək heç-heçə edib. Çempionlar Liqasındakı ilk matçda isə “Betis”ə məğlubiyyət yaşanıb. Buna baxmayaraq, bu nəticə komandanın liqadakı tempinə ciddi təsir göstərməyib.

“Trua” ilə görüşdə qələbə isə “Lill”in çətin vəziyyətlərdən sonra tez toparlana bildiyini göstərdi. Davidenin gənc Ethan Mbappeyə münasibəti də onun komanda idarəçiliyində psixoloji amilə verdiyi önəmi ortaya qoyur. “Betis”lə oyundakı səhvinə görə futbolçunu kənarlaşdırmaq əvəzinə ona etimad göstərən məşqçi, “Trua” matçında Mbappeni ikinci hissədə meydana buraxdı. Gənc hücumçu isə əsas vaxta əlavə edilmiş dəqiqələrdə fərqlənərək hesabı 2:0 etdi.

Davide Ançelottinin futbolçularla münasibət qurmaq və onları motivasiya etmək bacarığı artıq Fransada da diqqət çəkir. Bu xüsusiyyətin onun atası Karlo ilə uzun illər davam edən əməkdaşlığından gəlməsi təsadüfi deyil. Davide illərlə dünyanın ən uğurlu məşqçilərindən birinin yanında çalışaraq təkcə taktiki deyil, həm də psixoloji idarəçilik baxımından böyük təcrübə qazanıb.

Hazırda mümkün 12 xaldan 10-nu toplayan “Lill” Liqa 1-in zirvəsindədir. Komanda praqmatik futbol nümayiş etdirir, müdafiədə intizamlı görünür və ən əsası, gənc baş məşqçinin ideyalarını meydanda tətbiq etməyə başlayıb.

Növbəti sınaq isə “Nitsa” ilə səfər oyunu olacaq. Bu qarşılaşma Davide Ançelotti üçün liderlik mövqeyini qorumaq baxımından növbəti ciddi imtahandır.

Artıq onun hekayəsi sadəcə Karlo Ançelottinin oğlu kimi məşqçilik edən gənc mütəxəssisin hekayəsi deyil. Davide öz adını yaratmaq üçün ilk ciddi addımını atıb və “Lill”dəki uğurlu start göstərir ki, bu yol kifayət qədər maraqlı ola bilər.

Paylaş:

Xəbər Lenti

Mançester derbisində VAR qalmaqalı: Həlledici səhv hakimlərə baha başa gəldi

15.09.26 | 02:38

“Benfika”nın simvolu ilə bağlı şok: qartalın təlimçisi həbs edildi

15.09.26 | 02:27

Karlo Ançelottinin kölgəsindən zirvəyə: Fransa futbolunu təəccübləndirən gənc məşqçi

15.09.26 | 01:06

Zaur Həşimov “Sabah”a məğlubiyyətdən danışdı: “Fərdi səhvlər bizi məyus edir”

15.09.26 | 00:40

Dambrauskasdan sərt sözlər: “Bunu komandaya qarşı hörmətsizlik sayıram”

15.09.26 | 00:48

“Sabah” “Şafa”nı darmadağın edərək liderliyə yüksəldi

15.09.26 | 00:56

Kerroll Runinin sirrini açdı: “Onu yataqda siqaret çəkib pivə içən görürdüm”

14.09.26 | 19:12

“LANDAU Lions” Çempionlar Liqası ilə vidalaşdı

14.09.26 | 19:07

“Neftçi” Emil Səfərovla müqaviləni yenilədi: “O, gənc nəsil üçün örnəkdir”

14.09.26 | 17:53

Bakıda peyda olan nigeriyalı futbolçu: Onu kim gətirib?

14.09.26 | 16:15

“Sabah” heyətini Avropa Kubokunun qalibi ilə gücləndirib

14.09.26 | 15:09

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyunlarının məkanı bəlli oldu

14.09.26 | 15:32

Hakim het-trik dedi, “Opta” isə razılaşmadı

14.09.26 | 14:59

Cüdoçularmız IJF-in yenilənmiş reytinqində mövqelərini möhkəmləndirib

14.09.26 | 14:45

Bakının «Elite Polo Club» beynəlxalq turnirinin qalibi olub

14.09.26 | 13:24

UEFA Avropa Liqası 2026/2027 mövsümü, liqa mərhəsinin təqvimi

14.09.26 | 13:58

Karlos Korberan “Valensiya”dan qovuldu

14.09.26 | 03:11

“Şəfa” – “Sabah” oyunu ilə V tura yekun vurulacaq

14.09.26 | 03:13

“LANDAU Layons” Avrokuboklarda mübarizəyə başlayır

14.09.26 | 03:39

Lamin Yamal: “Qızıl top”a Mbappədən daha çox layiqəm”

14.09.26 | 02:17