Dambrauskasdan sərt sözlər: “Bunu komandaya qarşı hörmətsizlik sayıram”

15.09.26 | 00:48
Ölkə futbolu

Azərbaycan Premyer Liqasının V turunda “Şəfa”nı 3:0 hesabı ilə məğlub edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşmadan sonra keçirilən mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.

Litvalı mütəxəssis əvvəlcə komandasının qələbəsini dəyərləndirib, daha sonra isə Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”ə qarşı oyundan sonra “Sabah”a və futbolçularına ünvanlanan tənqidlərə münasibət bildirib.

Dambrauskas “Old Trafford”dakı ağır məğlubiyyətdən sonra komandanın daxili çempionat matçına köklənməsinin asan olmadığını söyləyib: “Çempionlar Liqasındakı ağır oyundan sonra belə matçlara köklənmək psixoloji baxımdan asan deyil. Lakin futbolçularımın peşəkar yanaşması məni çox sevindirdi. “Old Trafford” atmosferindən sonra buraya uyğunlaşmaq çətin olsa da, komanda tapşırıqları yaxşı yerinə yetirdi.

Əlbəttə, razı qalmadığım məqamlar da oldu. İlk hissədə müdafiədə buraxdığımız səhvlər səbəbindən rəqib qapımıza 5-6 zərbə endirə bildi. Oxşar səhvlərə İngiltərədə də yol vermişdik. Heyətdə rotasiyalar etdik və oyuna yüksək temp, intensivliklə başladıq. İki erkən qol vurduq, hətta daha çox fərqlənə bilərdik.

“Şəfa”nın da haqqını vermək lazımdır, yaxşı mübarizə apardılar. İkinci hissədə topa daha çox nəzarət etdik və oyunu idarə etdik. Ümumilikdə nəticədən və komandamın oyunundan razı qaldım. Bəzi aparıcı futbolçulara istirahət imkanı verdik. İndi bütün diqqətimizi “İmişli” ilə növbəti oyuna yönəldəcəyik”.

“Mançester Yunayted”lə qarşılaşmada müdafiəyə çəkilmək əvəzinə açıq futbol oynamağa çalışdığı üçün ünvanlanan tənqidlərə də münasibət bildirən Dambrauskas sağlam tənqidlə təhqir və hörmətsizlik arasında fərq olduğunu vurğulayıb: “Futbolda ən asan iş tənqid etməkdir. Hər kəsin öz fikrini bildirmək hüququ var. Biz isə sadəcə işimizi ən yaxşı şəkildə görməyə çalışırıq. Sağlam tənqidi normal qarşılayıram və bu, gündəlik fəaliyyətimizə təsir etmir”.

Baş məşqçi Rəhman Daşdəmirova yönələn tənqidlərə isə daha sərt reaksiya verib. O, müdafiəçinin Çempionlar Liqasının əsas mərhələsində meydana çıxmasını Azərbaycan futbolu üçün müsbət məqam kimi dəyərləndirib: “Bu cür yanaşmanı anlamaqda çətinlik çəkirəm. Əvvəllər azərbaycanlı futbolçuların niyə oynamamasından gileylənirdilər. Bu gün isə Rəhman Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparır.

O, hazırda Azərbaycanın ən yaxşı üç futbolçusundan biridir və ona hörmətlə yanaşmaq lazımdır. Tənqid futbolun bir hissəsidir, amma bu səviyyədəki tənqidləri qəbul etmirəm.

Biz ölkəni Çempionlar Liqasında təmsil edən ikinci klubuq. Niyə dəstək olmaq əvəzinə tənqid edirik? Məsləhət görərdim ki, öz futbolçularınızın əməyini qiymətləndirəsiniz. Onlar böyük işlər görürlər.

Bu cür ədalətsiz tənqidləri qəbul etmirəm. Mənim üçün bu, sadəcə tənqid deyil, komandaya qarşı hörmətsizlikdir”.

Dambrauskas mövsümün qalan hissəsi ilə bağlı konkret proqnoz verməkdən çəkinib. Litvalı məşqçi əsas hədəfin hər oyuna ayrıca köklənmək olduğunu bildirib: “Məqsədimizə matçdan-matça addımlayacağıq. İndidən mövsümün sonu haqqında qəti fikir bildirmək tezdir. Lakin möhtəşəm heyətimiz və böyük potensiala malik komandamız var. Belə kollektivlə çalışdığım üçün çox xoşbəxtəm”.

Paylaş:

Xəbər Lenti

Mançester derbisində VAR qalmaqalı: Həlledici səhv hakimlərə baha başa gəldi

15.09.26 | 02:38

“Benfika”nın simvolu ilə bağlı şok: qartalın təlimçisi həbs edildi

15.09.26 | 02:27

Karlo Ançelottinin kölgəsindən zirvəyə: Fransa futbolunu təəccübləndirən gənc məşqçi

15.09.26 | 01:06

Zaur Həşimov “Sabah”a məğlubiyyətdən danışdı: “Fərdi səhvlər bizi məyus edir”

15.09.26 | 00:40

Dambrauskasdan sərt sözlər: “Bunu komandaya qarşı hörmətsizlik sayıram”

15.09.26 | 00:48

“Sabah” “Şafa”nı darmadağın edərək liderliyə yüksəldi

15.09.26 | 00:56

Kerroll Runinin sirrini açdı: “Onu yataqda siqaret çəkib pivə içən görürdüm”

14.09.26 | 19:12

“LANDAU Lions” Çempionlar Liqası ilə vidalaşdı

14.09.26 | 19:07

“Neftçi” Emil Səfərovla müqaviləni yenilədi: “O, gənc nəsil üçün örnəkdir”

14.09.26 | 17:53

Bakıda peyda olan nigeriyalı futbolçu: Onu kim gətirib?

14.09.26 | 16:15

“Sabah” heyətini Avropa Kubokunun qalibi ilə gücləndirib

14.09.26 | 15:09

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyunlarının məkanı bəlli oldu

14.09.26 | 15:32

Hakim het-trik dedi, “Opta” isə razılaşmadı

14.09.26 | 14:59

Cüdoçularmız IJF-in yenilənmiş reytinqində mövqelərini möhkəmləndirib

14.09.26 | 14:45

Bakının «Elite Polo Club» beynəlxalq turnirinin qalibi olub

14.09.26 | 13:24

UEFA Avropa Liqası 2026/2027 mövsümü, liqa mərhəsinin təqvimi

14.09.26 | 13:58

Karlos Korberan “Valensiya”dan qovuldu

14.09.26 | 03:11

“Şəfa” – “Sabah” oyunu ilə V tura yekun vurulacaq

14.09.26 | 03:13

“LANDAU Layons” Avrokuboklarda mübarizəyə başlayır

14.09.26 | 03:39

Lamin Yamal: “Qızıl top”a Mbappədən daha çox layiqəm”

14.09.26 | 02:17