Hakim het-trik dedi, “Opta” isə razılaşmadı

14.09.26 | 14:59
Dünya futbolu

“Feyenoord”un hücumçusu Nibo Ferri “Zvolle”ni 7:0 hesabı ilə darmadağın etdikləri matçda üç qol vursa da, məşhur “Opta” statistika agentliyi ispaniyalı futbolçunun hesabına yalnız iki qol yazıb. Niderland Kral Futbol Assosiasiyası (KNVB) isə operativ qərar qəbul edərək Ferrinin het-trik etdiyini rəsmən təsdiqləyib.

Mübahisəyə səbəb Rotterdam təmsilçisinin ilk qolu olub. Ferrinin zərbəsindən sonra top rəqib müdafiəçi Saymon Qreyvsə dəyərək qapıya daxil olub və epizod əvvəlcə avtoqol kimi qeydə alınıb. Lakin baş hakim Aleks Bos görüşün protokolunda qolun müəllifini Ferri göstərib. Hətta qarşılaşmadan sonra referi topu üç qol vuran hücumçuya təqdim edib.

“Opta” isə epizodu avtoqol kimi qiymətləndirdiyindən agentliyin statistikasından istifadə edən ESPN də qolu Ferrinin aktivinə yazmayıb.

KNVB-nin mətbuat xidməti “Algemeen Dagblad”a açıqlamasında qərarın əsasını oyun protokolunun təşkil etdiyini bildirib:  “Belə hallarda həlledici məqam oyun protokoludur. Qol rəsmən Ferrinin adına yazılıb”.

“Opta” isə hələlik mövqeyini dəyişməyib. Agentlik bildirib ki, Erediviziyanın rəsmi data tərəfdaşıdır və təqdim etdiyi məlumatlar medianın istifadə etdiyi rəsmi statistikanın əsasını təşkil edir. KNVB isə öz qeydiyyat məlumatlarından yalnız “Voetbal.nl” kimi platformalarda istifadə edir.

Bununla belə, “Opta” epizodun mübahisəli olduğunu etiraf edib: “Bu, mübahisəli epizoddur və komandamız tərəfindən təhlil olunur. Qərarın dəyişdirilməsi ehtimalı az olsa da, məsələyə yenidən baxa bilərik”.

 Agentlik əlavə edib ki, yeni kamera bucaqlarından əldə olunan görüntülər Ferrinin ilk zərbəsinin Qreyvsə dəymədən əvvəlcə birbaşa qapıya yönəldiyini göstərərsə, qol onun adına rəsmiləşdiriləcək.

 Beləliklə, hazırda rəsmi oyun protokoluna əsasən Ferrinin hesabında üç qol, “Opta” statistikasında isə iki qol göstərilir.

Paylaş:

Xəbər Lenti

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43

AFFA rəsmisi hakim qərarları ilə razılaşmadı: Qırmızı vərəqə və penalti verilməli idi

25.11.26 | 11:20

Çempionlar Liqasında gecənin icmalı: “Real”dan möhtəşəm geridönüş, “Arsenal” – “Borussiya” duelində heç-heçə

25.11.26 | 02:43