Kanisarezdən Vinisiusa sərt sözlər: “Onun haqqında danışanda təzyiqim qalxır”

24.08.26 | 16:36
Dünya futbolu

Madrid “Real”ının yeni mövsümdə keçirdiyi ilk rəsmi matç Vinisius Junior ətrafında müzakirə və mübahisələrlə yadda qalıb. “Espanyol” üzərində 2:1 hesablı qələbə ilə başa çatan görüşdə 26 yaşlı braziliyalı hücumçunun bir neçə epizodda simulyasiyaya əl atması meydanda gərginlik yaradıb.

Vinisiusun bu davranışı “Kral klubu”nun sabiq qapıçısı Santyaqo Kanisarezin sərt tənqidinə səbəb olub. “Real”ın heyətində iki dəfə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olan keçmiş qolkiper hesab edir ki, belə xarakterə malik futbolçuya iddialı klublarda ehtiyac yoxdur.

“Bu yay ciddi müzakirələr gedirdi. Müqaviləsinin başa çatmasına cəmi bir il qalmışdı və vəziyyət aydın idi: ya onu satmalı, ya da komandada saxlamalı idilər. Və bilirsiniz nə baş verdi? Əslində, onu heç kim istəmir”, – deyə Kanisarez bildirib.

Sabiq qapıçı daha da irəli gedərək, Vinisiusun transfer bazarında tələbat görmədiyini və hətta klubsuz qala biləcəyini iddia edib:

“Heç kim komandasında belə oyunçu görmək istəmir. Düşünmürəm ki, ona ciddi təklif gəlib. “Real” onunla müqaviləni uzatmağa məcbur qaldı. Güman ki, heç bir klub onun özü və ya agenti ilə əlaqə saxlamamışdı. Belə keyfiyyətlərə malik futbolçuya tələbat yoxdur. Bəlkə hansısa kiçik klub onu götürər… Məsələn, “Nyukasl”. Ümumiyyətlə, Vinisius haqqında danışanda təzyiqim qalxır”.

Qeyd edək ki, ötən mövsüm “Real”ın formasını 53 matçda geyinən Vinisius 22 qol vurub və 14 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı braziliyalı hücumçunun bazar dəyərini 140 milyon avro qiymətləndirir. Vinisius yaxın günlərdə Madrid klubu ilə müqaviləsini 2032-ci ilin yayına qədər uzadıb.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28