“Qarabağ”ın sabiq futbolçusu Juninyo Meksika çempionatında uğurlu çıxışını davam etdirir. Hazırda “Pumas”ın formasını geyinən braziliyalı hücumçu “Apertura” turnirinin XII turunda “Atletiko” ilə qarşılaşmada dubl edərək komandasına 2:1 hesablı qələbə qazandırıb.
“Globo Esporte”nin məlumatına görə, 29 yaşlı forvard cari turnirdə vurduğu qolların sayını 8-ə çatdıraraq bombardirlər yarışında ikinci pilləyə yüksəlib. Siyahıya 12 qolla venesuelalı Salomon Rondon başçılıq edir.
Juninyo son üç matçda 4 qol vurub və 1 məhsuldar ötürmə verib. O, bu mövsüm bütün turnirlərdə 15 oyunda 8 dəfə fərqlənib.
Braziliyalı futbolçu son uğurunu belə şərh edib: “Qol vurduğum üçün, xüsusilə də komandamız qalib gəldiyi üçün çox sevinirəm. Son oyunlarda yaxşı çıxış etsək də, istədiyimiz nəticələri əldə edə bilmirdik. Ardıcıl matçlarda qol vurmağım gərgin əməyin və komanda yoldaşlarımın köməyinin nəticəsidir. Ümid edirəm ki, bu tempi qoruyacağıq”.
Juninyo 2023–2025-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2025-ci ilin yanvarında 5 milyon avro qrşəlığında Ağdam klubundan Braziliya “Flamenqo”suna keçib. Həmin il yeni klubu ilə Braziliya çempionatının və Libertadores Kubokunun qalibi olub.
2026-cı ilin əvvəlində isə hücumçu eyni məbləğ qarşılığında Meksikanın “Pumas” klubuna transfer olunub.