İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50
Dünya futbolu

Ard-arda üçüncü dəfə Dünya Çempionatından kənarda qalan “Skuadra Azzurra”da rəhbərlik səviyyəsində ciddi silkələnmə yaşanır. İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravinanın gedişindən sonra əfsanəvi qapıçı Canluici Buffon da postunu tərk etdi.

İtaliya futbolu tarixinin ən qaranlıq dövrlərindən birini yaşayır. 2026-cı il FIFA Dünya Çempionatına vəsiqə qazanmaq şansını itirən İtaliyada sular durulmaq bilmir. Milli komandanın növbəti uğursuzluğu ölkə futbolunun zirvəsində istefa dalğasına yol açıb.

Dünən səhər saatlarında İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina, millinin 2026-cı il mundialından kənarda qalmasına görə məsuliyyəti üzərinə götürərək istefa verdiyini açıqlayıb. Bu qərar İtaliya idman ictimaiyyətində böyük əks-səda doğursa da, əsl sürpriz komandanın simvolik simasından gəlib.

Prezidentin gedişindən qısa müddət sonra İtaliya millisinin nümayəndə heyətinin rəhbəri, əfsanəvi qolkiper Canluici Buffon da vəzifəsindən ayrıldığını elan edib. Buffon öz sosial media hesabında paylaşdığı emosional vida məktubunda bu addımı “vicdan borcu” kimi qiymətləndirib: “Prezident Qravinanın geri addım atmasından sonra, mən də bu məsuliyyəti bölüşərək eyni qərarı verdim. Bosniya ilə oyunun final fitindən sonra istefa mənim üçün qaçılmaz bir addım idi. Bu qərar ən az o an tökdüyüm göz yaşları qədər təbii və ürəyimdəki ağrının bir əksi idi”.

Buffon qeyd edib ki, əsas hədəf İtaliyanı yenidən dünya futbolunun zirvəsinə qaytarmaq olsa da, bu missiyanı yerinə yetirmək mümkün olmayıb: “Məqsədimiz millini yenidən Dünya Çempionatına aparmaq idi, lakin bunu bacarmadıq. Hesab edirəm ki, bu məqamda postu tərk etmək ən doğru addımdır”.

Təcrübəli idmançı sonda bütün yaşadıqlarına görə minnətdarlığını bildirib: “Bu çətin sonluq mənə çox şey öyrətdi. Yaşadığım hər an üçün minnətdaram. İtaliya millisini hər zaman dəstəkləməyə davam edəcəyəm”.

Paylaş:

Xəbər Lenti

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58