DÇ-2026-nın qrup mərhələsinin son turunda Kanada millisini 2:1 hesabı ilə məğlub edən İsveçrə, 7 xalla B qrupunun lideri kimi pley-offa yüksəlib. Murad Yakinin yetirmələri bu nəticə ilə böyük turnirlərdəki (DÇ və AÇ) inanılmaz seriyasını davam etdiriblər.
Belə ki, İsveçrə millisi ardıcıl 7-ci dəfə irimiqyaslı turnirlərin pley-off mərhələsinə vəsiqə qazanıb. Bu uğurlu seriyanın əsası DÇ-2014-də qoyulub. Komanda o vaxtdan bəri keçirilən bütün turnirlərdə — AÇ-2016, DÇ-2018, AÇ-2020, DÇ-2022 və AÇ-2024-də qrup səddini adlamağı bacarıb.
Xatırladaq ki, top fərqinə görə qrup ikincisi olan Kanada da İsveçrənin ardından 1/8 finala adlayıb. Üçüncü yerdə isə Bosniya və Herseqovina qərarlaşıb.