UEFA Millətlər Liqasının B Liqasının 1-ci qrupunda sonuncu turun oyunları keçirilib. İsveçrə millisi doğma meydanda Şotlandiyanı 4:0 hesabı ilə darmadağın edib, Sloveniya isə Şimali Makedoniyaya 3 cavabsız qolla qalib gəlib.
İsveçrə hesabı 22-ci dəqiqədə Lyuis Ferqyusonun avtoqolu ilə açıb. İlk hissədə Şotlandiyanın bərabərlik şansı olsa da, Hikki baş zərbəsi ilə fərqlənə bilməyib.
Fasilədən sonra meydan sahibləri üstünlüyünü daha da artırıb. 47-ci dəqiqədə Boteli, dörd dəqiqə sonra isə Sanşeş fərqlənib. Matçın 89-cu dəqiqəsində Amduzi yekun hesabı müəyyənləşdirib – 4:0.
Şotlandiya 37-ci dəqiqədə zədə səbəbindən Hikkini itirib. Kapitan Endi Robertson isə bu görüşdə milli komandanın tarixində ən çox oyun keçirən futbolçu olub.
Digər qarşılaşmada Sloveniya Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib. 29-cu dəqiqədə Daniel Şturm hesabı açıb. 66-cı dəqiqədə Zets fərqi artırıb, 90+1-ci dəqiqədə isə Şturm dubl edərək oyunun yekun nəticəsini müəyyənləşdirib.
UEFA Millətlər Liqası
B Liqası, 1-ci qrup
6-cı tur
Şimali Makedoniya – Sloveniya 0:3
Şturm, 29, 90+1; Zets, 66.
İsveçrə – Şotlandiya 4:0
Ferqyuson, 22 (öz qapısına); Boteli, 47; Sanşeş, 51; Amduzi, 89.
| № | Komanda | O | Q | H | M | T | X |
| 1 | İsveçrə | 6 | 5 | 1 | 0 | 15:1 | 16 |
| 2 | Sloveniya | 6 | 3 | 2 | 1 | 8:3 | 11 |
| 3 | Şotlandiya | 6 | 2 | 1 | 3 | 5:10 | 7 |
| 4 | Şimali Makedoniya | 6 | 0 | 0 | 6 | 1:15 | 0 |