Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya seçməsi dünya çempionatında ciddi hədəflər naminə maliyyə maraqlarını arxa plana keçirib. Komanda 1/4 final mərhələsinə adlaya bilməsə, futbolçulara heç bir mükafat ödənilməyəcək.
“Actu Foot” portalının məlumatına görə, komanda bu addımla AVRO-2024-ün uğurlu motivasiya metodunu təkrarlamaq niyyətindədir. Xatırladaq ki, ispanlar Avropa çempionatında da analoji qərar qəbul etmiş və sonda qızıl medallara sahib çıxmışdılar.