UEFA Millətlər Liqasında 1-ci turun oyunları başa çatıb. Günün mərkəzi qarşılaşmasında İspaniya səfərdə İngiltərəni 3:2 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başlayıb.
“Uembli”də keçirilən görüşdə hesabı 2-ci dəqiqədə Lamin Yamal açıb. İngiltərə isə Entoni Qordon və Harri Keynin qolları ilə ilk hissəni 2:1 öndə başa vurub.
İkinci hissədə İspaniya oyunun gedişini dəyişib. Əvvəlcə Baena hesabı bərabərləşdirib, 74-cü dəqiqədə isə Mikel Oyarsabalın qolu İspaniyaya qələbə qazandırıb.
Harri Keyn 53-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Oyarsabal isə İngiltərəyə qarşı yenidən həlledici fiqura çevrilib.O, AÇ-2024-ün finalında da İngiltərə millisinin qapısına qələbə qolunu vurmuşdu.
Bu qələbə İspaniyanın ardıcıl məğlubiyyətsiz oyunlar seriyasını 39-a çatdırıb. “La Furia Roja” sonuncu dəfə 2024-cü il martın 22-də Londonda Kolumbiyaya 0:1 hesabı ilə uduzub. Həmin görüş yoldaşlıq oyunu olub.
Rəsmi oyunlarda isə İspaniyanın son məğlubiyyəti 2023-cü il martın 28-də Avro-2024-ün seçmə mərhələsində Şotlandiyaya qarşı qeydə alınıb 0:2.
Xorvatiya səfərdə Çexiyanı 2:1 hesabı ilə məğlub edib. Virus xəstəliyinə baxmayaraq meydana çıxan 41 yaşlı veteran Luka Modriçin zərbəsi rəqib futbolçuya dəyərək istiqamətini dəyişib və Xorvatiyanı hesabda önə keçirib. Tezliklə Karabets bərabərlik qolunu vursa da, görüşün sonlarına yaxın İvan Perişiçin ötürməsini dəqiq tamamlayan Marko Paşaliç xorvatlara qələbə qazandıran qola imza atıb.
Albaniya Belarusu 2:0 hesabı ilə məğlub edib. Ardian Asllani 34-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib, Mirlind Daku isə yox, Mirlind Muci ilk hissənin əlavə vaxtında ikinci qolu vurub.
Farer Qazaxıstan oyununda hər iki qol ilk hissədə vurulub. Meydan sahiblərindən Samuelsen 14-cü dəqiqədə fərqlənib. Qazaxıstan 26-cı dəqiqədə Temirlan Yerlanovun qolu ilə hesabı bərabərləşdirib.
Slovakiya millisi Moldovanı 2:0 hesabı ilə məğlub edib. İvan Şrants 32-ci dəqiqədə hesabı açıb, Ondrey Duda isə 40-cı dəqiqədə penaltidən fərqlənərək yekun nəticəni müəyyənləşdirib.
A1 qrupu
İngiltərə – İspaniya – 2:3
Qordon, 36, Keyn, 40 – Yamal, 2, Baena, 60, Oyarsabal, 74.
A3 qrupu
Çexiya – Xorvatiya – 1:2
Karabets, 54 – Modriç, 47, Paşaliç, 77.
C1 qrupu
Albaniya – Belarus – 2:0
Asllani, 34 pen., Muçi, 45+2
C3 qrupu
Slovakiya – Moldova – 2:0
Şrants, 32, Duda, 40 pen.
Farer adaları – Qazaxıstan – 1:1
Samuelse, 14 – Yerlanov, 26
Millətlər Liqasının 2-ci turunun ilk oyunları bu gün keçiriləcək:
17:00 Litva – Azərbaycan
20:00 Cəbəllüttariq – Andorra
20:00 Danimarka – Uels
20:00 Serbiya – Niderland
20:00 Avstriya – Kosovo
22:45 Almaniya – Yunanıstan
22:45 Norveç – Portuqaliya
22:45 İsrail – İrlandiya