İqor Kostyuk: «”Qarabağ”a xarakterimiz və komanda ruhumuz sayəsində qalib gəldik

07.08.26 | 00:28
Ölkə futbolu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda «Qarabağ»ı minimal hesabla məğlub edən Kiyev «Dinamo»sunun baş məşqçisi İqor Kostyuk qarşılaşmadan sonra fikirlərini bölüşüb. Ukraynalı mütəxəssis qələbənin əsas səbəblərindən, komandadakı yeniliklərdən və Bakıdakı cavab oyunu öncəsi gözləntilərindən danışıb.

Kostyuk bildirib ki, Polşadakı qarşılaşmada qələbənin baş memarı nümayiş etdirilən xarakter və meydandakı komanda ruhu olub. Onun sözlərinə görə, qarşılaşma üçün hazırlanan taktiki plan özünü tamamilə doğruldub: “Meydanda əsl komanda var idi və məhz bu amil bizə istədiyimiz nəticəni gətirdi. Oyun öncəsi heyətdə kiçik rotasiyaya əl atdıq, əvəzləmələrlə oyunun keyfiyyətini və dinamikasını artırmağa çalışdıq. Yaxşı qol imkanları yaratdıq, rəqibin presinqindən uğurla çıxdıq və topu itirdikdən sonra sürətlə kontr-presinq tətbiq etdik. Hətta daha çox qol vura bilərdik, lakin təəssüf ki, bütün imkanlarımızdan yararlana bilmədik”.

Əfsanəvi mütəxəssis Valeri Lobanovskinin prinsiplərinə istinad edən «Dinamo»nun çalışdırıcısı komandanın hələ formalaşma mərhələsində olduğunu vurğulayıb. İcarədən qayıdan futbolçularla yeni oyun əlaqələri və kombinasiyalar üzərində işlədiklərini bildirən Kostyuk, komandasının inkişaf tempindən razı qaldığını qeyd edib.

Ukrayna çempionatının startında «Veres»lə keçiriləcək qarşılaşmanın Bakıdakı cavab oyunu öncəsi komandaya mane olmayacağını deyən Kostyuk, heyətin genişliyinə güvəndiyini bildirib. O, daxili çempionat matçının futbolçulara əlavə özünəinam qazandıracağını və «Qarabağ»la Bakıdakı həlledici görüşə daha yaxşı hazırlaşmağa kömək edəcəyini vurğulayıb.

Paylaş:

Xəbər Lenti

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28