Qana millisinin ingilislərə qarşı bu qədər mütəşəkkil və intizamlı müdafiə quracağı gözlənilməz oldu. Təşəbbüs ingilislərdə olsa da, onlar Xorvatiya ilə oyundakı qədər imkan və boşluq qazana bilmədilər. Nə Keyn, nə də hücum xəttindəki digər yoldaşları ciddi imkanlar əldə etdi. Ara-sıra Asarenin oyuna qoşulduğu epizodlar vardı, amma onları ciddi təhlükə adlandırmaq çətin idi. İndi qrup lideri olmaq üçün ingilislər Panama üzərində qələbə qazanıb Qana-Xorvatiya matçını gözləməli olacaq.
Dünya Kuboku, L qrupu, 2-ci tur
İngiltərə – Qana 0:0
Foksboro, Cilett Stedium.
Hakim: Said Martines (Honduras).
İngiltərə: Pikford, Ceyms, Konsa, Gehi, Spens (ORayli, 65), Anderson (Eze, 74), Rays, Madueke (Reşford, 83), Bellingem (Rocers, 73), Qordon (Saka, 65), Keyn.
Qana: Asare, Opoku, Mensa, Acetey, Senaya (Opponq, 87), Sibo, Partey, Yirenki, Semenyo, Ayev (Adu, 66/Rahman Baba, 90+5), Uilyams (Fatavu, 66).
Sarı vərəqələr: Rays, 41. Uilyams, 60.