İngilislər “Real”ı məhkəmə ilə hələlədi

05.06.26 | 14:05
Dünya futbolu

“Mançester Siti” klubu hüquqi müstəvidə ciddi addım atmağa hazırlaşır. Buna səbəb “Real Madrid” klubunun prezidentliyinə namizəd Enrike Rikelmenin “şəhərlilər”in ulduz futbolçuları Erlinq Holand və Rodrini Madridə gətirəcəyi ilə bağlı verdiyi iddialı bəyanatdır.

İspaniyanın günəş enerjisi istehsalı sahəsində fəaliyyət göstərən “Cox Energy” şirkətinin sahibi və prezidenti, 37 yaşlı Enrike Rikelme Vives “Kral klubu”na rəhbərlik üçün rəsmi sənədlərini təqdim edib. O, Madrid təmsilçisinin çoxillik prezidenti Florentino Peresin uzun müddətdən sonra ilk ciddi rəqibinə çevrilib.

Rikelme qatıldığı televiziya verilişlərinin birində səs-küylü vədlər verərək diqqətləri üzərinə çəkib. O, canlı efirdə arxasında “Haaland” yazılmış “Real” formasını nümayiş etdirərək deyib: “Prezident seçiləcəyim təqdirdə, Erlinq Holandı “Real”a gətirəcəyəm. Ondan dərhal sonra isə növbəti hədəfimiz Rodri olacaq. Holandın müqaviləsində sərbəstqalma bəndi var və mən onu mütləq Madridə görmək istəyirəm“.

Mançester təmsilçisi madridli namizədin bu çıxışına gecikmədən və olduqca sərt reaksiya verib. Klub rəhbərliyi namizədin sözlərini qətiyyətlə pisləyib: “Madrid mətbuatında futbolçumuz Holandın gələcəyi ilə bağlı yayılan şayiələrin real əsası yoxdur. Oyunçunun müqaviləsində iddia olunan bəndlər mövcud deyil və bu xəbərlərin doğruluq payı yoxdur. Futbolçumuzun adından seçki kampaniyasında bu cür kontekstdə istifadə olunduğu üçün”Real”a qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçiririk”.

Bu seçki “Real”ın idarəçilik tarixində son illərin ən maraqlı hadisələrindən biri olacaq. Belə ki, 79 yaşlı tikinti maqnatı Florentino Peresin 2006-cı ildən bəri keçirilən seçkilərdə qarşısına heç bir rəqib çıxmayıb və o, səlahiyyət müddəti bitdikdən sonra səsverməyə yeganə namizəd kimi qatılıb. “Kral klubu”nda böyük maraqla gözlənilən prezident seçkiləri iyunun 7-də baş tutacaq.

Xatırladaq ki, norveçli hücumçu Erlinq Holand 2022-ci ildə Dortmund “Borussiya”sından transfer olunduğu gündən “Mançester Siti”nin formasını geyinir.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24