Mövsümöncəsi hazırlıqlarını sürdürən “İmişli” növbəti yoxlama matçını keçirib. “Karvan-Yevlax”la üz-üzə gələn komanda bu dəfə də meydanı qələbəsiz tərk edib.
Görüş bərabərliklə yekunlaşıb – 1:1. İmişli təmsilçisinin heyətində yeganə qola Seyxan Fərəcov imza atıb.
Xatırladaq ki, “İmişli” bundan əvvəlki sınaq oyunlarında “Şəfa” (2:2) və “Araz-Naxçıvan”la (2:2) da sülh bağlamışdı.