Həsrət qızıl, Nihat bürünc qazandı, növbə Qurbanındır!

22.04.26 | 21:36
Digər növlər

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı yığmamız üçün uğurlu seriya ilə davam edir. Yarışların üçüncü günündə yunan-Roma güləşçilərimiz parlaq qələbələrlə azarkeşləri sevindiriblər.

Günün əsas hadisəsi Həsrət Cəfərovun (67 kq) çıxışı olub. Finalda Türkiyə təmsilçisi Murat Fıratla gərgin mübarizə aparan pəhləvanımız 7:5 hesabı ilə qələbə qazanaraq karyerasında 4-cü dəfə qitənin ən güclüsü adını qazandı.

Xalça üzərinə çıxan digər təmsilçimiz Nihat Məmmədli (60 kq) bürünc medal uğrunda görüşdə UWW-ni təmsil edən Suner Konunovu 6:0 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxdı.

Hazırda bütün diqqətlər Qurban Qurbanova (82 kq) yönəlib. Ötən ilin Avropa çempionu olan güləşçimiz titulunu qorumaq üçün finalda Adlet Tülyubayevlə (UWW) üz-üzə gələcək.

Qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) uğurlu start götürüb. O, ilk görüşündə Almaniya təmsilçisi Yelena Bruqqerə şans verməsə də (7:0), yarımfinalda ukraynalı Mariya Vinnikə məğlub olub (2:6). Günay sabah bürünc medal üçün Marta Getmanova (UWW) ilə qarşılaşacaq. Digər təmsilçimiz Elnurə Məmmədova (50 kq) isə ilk mərhələdə polyak rəqibinə uduzaraq yarışı erkən başa vurub.

Hazırda millimizin hesabında 4 medal var: Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıblar.

Qurban Qurbanovun final görüşündən sonra bu medalların sayının artacağı və keyfiyyətinin dəyişəcəyi gözlənilir. Turnir davam edir.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41