Norveçin hücumçusu Erlinq Holand DÇ-2026-da Braziliyaya qarşı keçiriləcək oyun öncəsi yorğunluq amilinin həlledici ola biləcəyini vurğulayıb. Ulduz forvard Kot d’İvuar ilə matçın sonlarında isti hava şəraitinə görə ciddi çətinlik çəkdiyini etiraf edib.
Holand komandasının əsas vaxtda qələbə qazanmasının vacibliyini bu sözlərlə ifadə edib:”Kot d’İvuara niyə məhz əsas vaxtda qalib gəlməli olduğumuzu bilirsiniz? Çünki həddindən artıq yorulmuşdum və əlavə hissələrə dözə bilməyəcəyimi başa düşmüşdüm. Belə hava şəraitində oynamaq olduqca ağırdır. Braziliya ilə qarşılaşma öncəsi bu, bizim üçün əsas problemdir. İndi maksimum dərəcədə sürətlə bərpa olunmalıyıq”.
Xatırladaq ki, Braziliya – Norveç qarşılaşması iyulun 5-də keçiriləcək.