Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45
Dünya futbolu

İngiltərə yığmasının kapitanı Harri Keyn DÇ-2026-nın 1/4 finalında Norveçlə oyundan (2:1) sonra komanda daxilində ziddiyyət yaratmağa çalışan yerli mətbuatı kəskin tənqid edib. Təcrübəli hücumçu baş məşqçi Tomas Tuxel və Cud Belligem arasında münaqişə olması barədə yayılan şayiələri qətiyyətlə təkzib edib.

Mayamidəki bürkü hava şəraitində baş tutan və əlavə vaxtda İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra baş məşqçi Tomas Tuxel komandanın oyununu tənqid edərək çoxlu texniki səhvə yol verdiklərini və bəxtlərinin gətirdiyini bildirmişdi. Dubl müəllifi Cud Belligem isə müsahibəsində bu cür ağır şəraitdə Holand, Edeqor və Sörlot kimi ulduzlara qarşı oynamağın asan olmadığını vurğulamışdı. Britaniya mətbuatı, xüsusilə “Sky Sports” bu açıqlamaları Tuxel və Belligem arasında “münasibətlərin gərginləşməsi” kimi qələmə vermişdi.

BBC-yə müsahibə verən Harri Keyn komanda yoldaşının müdafiəsinə qalxaraq jurnalistlərin qərəzli yanaşdığını bildirib: “Finiş fitindən cəmi 5 dəqiqə sonra, məşqçinin nə dediyindən belə xəbəri olmayan Belligemə bu cür sual verəndə onun nə cavab verməsini gözləyirdiniz? Böyük turnirlər zamanı millidə bu cür nifaq toxumu səpməyə çalışmaq artıq tipik ingilis düşüncə tərzinə çevrilib”.

Milli komandanın kapitanı faktiki vəziyyətin tam fərqli olduğunu vurğulayıb: “Əslində isə həqiqət tamamilə başqadır. Biz məhz birliyimiz – futbolçular, baş məşqçi və heyətin həmrəyliyi sayəsində bu mərhələyə qədər gəlib çıxmışıq”. Keyn Tuşelin açıqsözlü üslubunu yüksək qiymətləndirdiyini və alman mütəxəssisin komandanın mübarizə əzminə hər zaman dəyər verdiyini vurğulayıb: “O, nə düşünürsə, birbaşa deyir. Məhz bu səmimiyyət və tələbkarlıq onu yüksək səviyyəli mütəxəssis edir”.

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26