Haalandın qolu Norveçi silkələdi: Osloda tarixi qələbə coşqusu

01.07.26 | 22:52
Dünya futbolu

Norveç futbolu öz tarixinin ən böyük uğurlarından birini yaşayır. DÇ-də Kot-d’İvuarı 2:1 hesabı ilə məğlub edən norveçlilər, tarixində ilk dəfə mundialın pley-offda mərhələ adlayıb.

“Mançester Siti”nin ulduzu Erlinq Holand turnirdəki 5-ci qolunu vuraraq komandasına tarixi qələbəni qazandırıb. Bu qolun doğurduğu coşqu o qədər güclü olub ki, Bergen şəhərindəki seysmik stansiyalar azarkeşlərin tullanıb-düşməsindən yaranan yeraltı təkanları qeydə alıb.

Final fitindən dərhal sonra Oslodakı Kral Sarayının qarşısına 20 mindən çox azarkeş axışaraq qələbəni bayram edib. Polisin məlumatına görə, ciddi bir insident yaşanmasa da, yaranan həddindən artıq izdiham və səs-küy səbəbindən asayiş keşikçiləri təhlükəsizlik məqsədilə bayram şənliyini dayandırmalı olublar.

Tarixi qələbənin ardından TV 2 telekanalına müsahibə verən Erlinq Holand bu matçın Norveçi həmişəlik dəyişəcəyini vurğulayıb. Komandanın kapitanı Martin Edeqor isə “VG” qəzetinə açıqlamasında uşaqlıqdan bəri belə günlərin xəyalını qurduqlarını bildirərək, azarkeşlərin coşqusu qarşısında duyğulandıqlarını gizlətməyib.

Milli komandanın bu uğuru ölkə rəhbərliyinin də diqqətindən kənarda qalmayıb. Baş nazir Yonas Qar Sture sosial şəbəkə hesabında “Möhtəşəm oyun! Sizinlə fəxr edirik. Hər şey mümkündür!” sözləri ilə komandanı təbrik edib. Kral Sarayının mətbuat katibi Quri Varpe isə NTB agentliyinə açıqlamasında kral ailəsinin də bu böyük sevinci bütün Norveç xalqı ilə bərabər bölüşdüyünü diqqətə çatdırıb.

Norveç 1/8 finalda turnirin favoritlərindən olan Braziliya ilə qarşılaşacaq. Bu duel norveçlilər üçün xüsusi önəm kəsb edir. Komanda sonuncu dəfə dünya çempionatında iştirak etdiyi 1998-ci ildə məhz Braziliyanı 2:1 hesabı ilə (Ture Andre Flo və Kyetil Rekdalın qolları ilə) məğlub edərək böyük bir sensasiyaya imza atmışdı. İndi isə tarix yenidən təkrarlana bilər.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02