“Kəpəz” klubu braziliyalı hücumçusu Paçu ilə yollarını ayırıb. Gəncə təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub rəhbərliyi cənubi amerikalı forvarda göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.