“Fənərbaxça” və “Beşiktaş” baş məşqçiləri yola saldı

29.08.25 | 14:25
Dünya futbolu

Avropa klub turnirlərində uğursuz çıxış edən Türkiyənin aparıcı klubları baş məşqçiləri ilə vidalaşıb. “Beşiktaş” rəhbərliyi Konfrans Liqasının pley-off mərhələsində İsveçrənin “Lozanna-Sport” klubuna məğlubiyyətin ardından norveçli Ule Qunnar Sulşer ilə olan müqaviləni qarşılıqlı razılaşma əsasında dayandırıb. Klubun açıqlamasında deyilir: “Baş məşqçimiz Ule Qunnar Sulşer ilə olan müqaviləmiz, İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən ləğv edilmişdir. Klubumuzun prezidenti Serdal Adalı, görüş sonrası Sulşerə bu günədək göstərdiyi xidmətlərə görə təşəkkür etmişdir. Məlumatı ictimaiyyətin diqqətinə çatdırırıq.”

“Fənərbaxça” isə Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” səddini aşa bilmədiyi üçün baş məşqçi Joze Mourinyonu yola salıb. 2024–2025 mövsümü öncəsi böyük ümidlərlə vəzifəyə gətirilən portuqaliyalı mütəxəssis sarı-lacivərdlərin başında ümumilikdə 62 oyuna çıxıb. Bu müddətdə komanda 37 qələbə, 14 heç-heçə və 11 məğlubiyyət əldə edib. Ayrıldığı klublardan indiyə qədər 115 milyon avro alan Maurinyo “Fənərbaxça”dan 15 milyon avro təzminat əldə edəcək. Bu bacarığına görə portəgiz məşqçiyə Türkiyədə “Təzminator” ləqəbi verilib.

Paylaş:

Xəbər Lenti

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48