“Futbolda və hakimlikdə vida olmur”: Frank De Blekere AFFA ilə sağollaşdı

01.08.26 | 23:36
Ölkə futbolu

AFFA Baş katibinin beynəlxalq hakimlik və hakimlərin təlimi üzrə müşaviri, eyni zamanda Assosiasiyanın Hakimlər Komitəsinin sədri postundakı fəaliyyətini başa vuran FIFA dərəcəli belçikalı mütəxəssis Frank De Blekere Azərbaycan futbol ictimaiyyətinə təşəkkür məktubu ünvanlayıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

İkiillik əməkdaşlıq dövrünü dəyərləndirən tanınmış mütəxəssis ona göstərilən etimada və yaradılan şəraitə görə minnətdarlığını bildirib. De Blekere vurğulayıb ki, bu müddətdə Azərbaycan hakimliyi həm daxili, həm də beynəlxalq arenada bir sıra ilklərə və mühüm nailiyyətlərə imza atıb.

Belə ki, onun rəhbərliyi altında ilk dəfə iki referimiz UEFA-nın 1-ci dərəcəli hakimlər siyahısına yüksəlib, ədalət təmsilçilərimiz isə UEFA Superkuboku və Çempionlar Liqası kimi nüfuzlu turnirlərin matçlarını idarə etmək hüququ qazanıblar. Yerli hakimlərin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Byorn Kyoypers və Karlos Velasko kimi dünya şöhrətli ekspertlər Bakıdakı seminarlara cəlb olunublar. Bütün bu işlərin məntiqi nəticəsi kimi, Azərbaycan futbol tarixində ilk dəfə eyni vaxtda 4 FIFA referisi, 2 əlavə köməkçi hakim və 3 FIFA VAR hakimi beynəlxalq siyahıda yer alaraq rekord göstəriciyə imza atıb.

Bütün bu uğurların birgə əməyin bəhrəsi olduğunu qeyd edən belçikalı mütəxəssis AFFA-ya, Hakimlər Departamentinə və birgə çalışdığı bütün referilərə təşəkkür edib.

Frank De Blekere karyerasında yeni mərhələyə qədəm qoyaraq fəaliyyətini Serbiya Futbol Assosiasiyasının Hakimlər Komissiyasının sədri kimi davam etdirəcəyini açıqlayıb: “Karyeramda yeni səhifə açaraq Serbiyada Hakimlər Komissiyasının sədri kimi işə başlayıram. Çıxışımı futbol və hakimlik dünyasına çox yaraşan məşhur bir fraza ilə bitirmək istəyirəm: Futbolda və hakimlikdə biz heç vaxt vidalaşmırıq.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46