Fransa Mərakeşin ümidlərini qırdı

10.07.26 | 12:59
Dünya futbolu

Mundialın 1/4 final mərhələsi çərçivəsində keçirilən Fransa – Mərakeş qarşılaşması gözlənildiyi kimi gərgin və emosional keçdi. Kilian Mbappenin qeyri-dəqiq penaltisi ilə başlayan həyəcan, sonda fransızların 2:0 hesablı inamlı qələbəsi və yarımfinala yüksəlməsi ilə nəticələndi.

Matçın start fitindən etibarən fransızlar oyunun nəzarətini tam əlinə aldı. “Xoruzlar” rəqibini öz cərimə meydançasına sıxışdıraraq təzyiqi artırdı. İlk dəqiqələrdən Kilian Mbappenin fəallığı diqqət çəkirdi; onun və Dayo Upamekanonun başla zərbəsi zamanı Mərakeşin qapıçısı Yassin Bunu komandasını qoldan vəziyyətdən xilas etdi.

Oyunun 28-ci dəqiqəsi qarşılaşmanın ən mübahisəli anı oldu. Nüssair Məzrauinin Mbappeyə qarşı qaydanı pozması nəticəsində təyin olunan penaltini elə zərərçəkənin özü yerinə yetirdi. Lakin Buno futbolçunun niyyətini oxuyaraq topu dəf etdi.

Yeri gəlmişkən, Archivo VAR platforması epizodu təhlil edərək, Mbappenin rəqiblə hər hansı kontakt yaşanmazdan əvvəl özünü yerə atdığını vurğulayıb və bu qərarı VAR sisteminin “qorxaqlığı” kimi qiymətləndirib. Fransız hücumçuya simulyasiyaya görə sarı vərəqə verilməli olduğunu bildirib. Bu epizod sosial şəbəkələrdə və ekspertlər arasında geniş müzakirələrə səbəb oldu.

Fasilədən sonra üstünlüyünü qoruyan Fransa, nəhayət, 60-cı dəqiqədə istəyinə çatdı. Dezire Duenin məhsuldar ötürməsini ustalıqla dəyərləndirən Kilian Mbappe, rəqib müdafiəçilərini şahmat gedişləri ilə keçərək hesabı açdı.

Bu qoldan cəmi 6 dəqiqə sonra Usman Dembele cərimə meydançası xaricindən endirdiyi dəqiq və güclü zərbə ilə fərqi ikiyə çatdırdı.

Oyunun sonlarına doğru Mbappenin aldığı zədə azarkeşləri bir anlıq təşvişə salsa da, hücumçunun meydanı köməksiz tərk etməsi narahatlığı nisbətən azaltdı. Mərakeş millisi 83-cü dəqiqədə Əzzədin Unahinin təhlükəli zərbəsi ilə qol vurmağa yaxın olsa da, Mayk Menyannın inamlı oyunu hesabın dəyişməsinə imkan vermədi.

Fransa bu qələbə ilə ardıcıl üçüncü dəfə dünya çempionatında medallar uğrunda mübarizə aparmaq şansı qazandı. Mərakeş isə 4 il əvvəlki tarixi uğurunu təkrarlaya bilməyərək, turnirlə vidalaşdı.

İyulun 14-də keçiriləcək yarımfinalda Fransanın rəqibi İspaniya – Belçika cütünün qalibi ilə olacaq.

Dünya çempionatı, 1/4 final

Fransa – Mərakeş: 2:0

Qollar: Mbappe, 60. Dembele, 66

Qaçırılan penalti: Mbappe, 28

Baş hakim: Tello (Argentina)

Fransa: Mənyan, Upamekano, Saliba, Din, Kunde (Qüsto, 87), Kone (Zair-Emeri, 71), Rabyo, Olise, Due (Barkolya, 77), Dembele, Mbappe (Mateta, 77).

Mərakeş: Bunu, Məzraui, Diop, Salah-Eddin (Ouadi, 74), Həkimi, Buaddi (Amrabat, 62), El-Aynaui, Unahi, Talbi (Sbai, 85), Diaz (Yasin, 74), El-Hannus (Rahimi, 62)

Sarı vərəqə: Diop, 63

Stadion: “Gillette Stadium”, Foksboro

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24